Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1643/2025 17.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X4 Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların - açılıb yığılan çarpayı (raskladuşka), 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, bir ədəd əşya çanta və digər əşyaların ona məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin 15 saylı mənzilindən məcburi qaydada çıxarılması, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh məxsus 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, 1 ədəd açılıb-bağlanan çarpayı, 1 cüt ev tərliyi, 1 ədəd yemək saxlama qabı, 1 qutu qara çay, 1 qutu qənd, 1 ədəd mayka, 1 ədəd əl-üz məhrəbasnın ona məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin 15 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. Münasibəti pozulmuşdur. Əvvəllər onun həmin mənzildə istifadə hüququ olmuşdur. Lakin uzun müddətdir mənzildə yaşamamışdır. Mənzil 2025-ci ilin mart ayında hərraca çıxarılmış və hərrac yolu ilə mənzili almışdır. Ona DƏDKR X5 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li xx.xx.2025-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh uzun müddət mənzildə yaşamasa da bir neçə əşyası, o cümlədən açılıb yığılan çarpayı (raskladuşka), 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, bir ədəd əşya çantası ona məxsus mənzildə qalmışdır. Onun əşyalarının ona məxsus evdə qalması evin mülkiyyətçisi kimi onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh əşyalarını ona məxsus mənzildən çıxarmaq istəmir. Odur ki, məhkəmədən Cavabdeh məxsus 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, 1 ədəd açılıb-bağlanan çarpayı, 1 cüt ev tərliyi, 1 ədəd yemək saxlama qabı, 1 qutu qara çay, 1 qutu qənd, 1 ədəd mayka, 1 ədəd əl-üz məhrəbasnın ona məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin 15 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etdiyini bildərərək həmin əşyaların mənzildən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 15, Yeni qaydalarla Mİngəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən, mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ **********79- 05101-093072 reyestr nömrəsi ilə xx.xx.2025–ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan ipoteka predmeti olmayan əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzillə bağlı keçirilmiş hərracın qalibi İddiaçı olmuşdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Əsədova X1 şəhəri Naxçıvan küçəsi ev 42, mənzil 15 ünvanda qeydiyyatdadır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı X2 özünə məxsus mənzilinin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. İddiaçının cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh oğuna məxsus olan 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, 1 ədəd açılıb-bağlanan çarpayı, 1 cüt ev tərliyi, 1 ədəd yemək saxlama qabı, 1 qutu qara çay, 1 qutu qənd, 1 ədəd mayka, 1 ədəd əl-üz məhrəbası, İddiaçı məxsus olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin 15 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1643/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1643/2025
17.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver