Məhkəmə qərarları › İş №2(051)-1645/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1645/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1645/2020 03.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 №li evin 20 №li mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 1976-cı ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 4 nəfər uşaqları olmuşdur. Birgə nikahda olduqları zaman ünvan 1 №li evin 20 №li mənzili onların ailəsinin istifadəsinə verilmişdir. 1991-ci ildə onunla Ramis Məmmədov arasındakı nikah pozulmuş, onlar ayrılmışlar. Bundan sonra bir mənzildə yaşamaqları mümkün olmadığına görə mənzilə istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Mingəçevir şəhər məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsi ilə həmin mənzilin 12.4 kv.m. sahəsi olan 1 otağı Ramis Məmmədovun 3 otağı isə onun və uşaqların istifadəsinə verilmişdir. Ramis Məmmədov 1992-ci ilin oktyabr ayında Südabə Məmmədova ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx xxxxxx 1994-cü il təvəllüdlü Günay adlı uşaqları olmuşdur. Ramis Məmmədov arvadı Südabəni, Günayı və Südabənin əvvəlki nikahdan doğulmuş qızı Cavabdeh1 özünün istifadəsinə verilmiş mənzilə qeydiyyata aldırmışdır. 1995-ci ilin dekabr ayında Ramislə Südabənin aralarında olan nikah pozulmuşdur. Bundan sonra Ramis məhkəməyə müraciət edərək X1 şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X1 şəhəri M.Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qərara alınmışdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə qeydiyyatda qalmışlar. Ramis Məmmədov xx.xx.2019-cu ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. 2019-cu ilin dekabr ayında mənzili özəlləşdirmiş, hazırda ünvan 1 №li evin 20 №li mənzili onun mülkiyyətindədir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, eyni zamanda əlavə kommunal xərclər ödəyir. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 №li evin 20 №li mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 №li evin 20 №li mənzili xx.xx.2019-cu ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 №li evin 20 “A” №li mənzilində qeydiyyatda olanlar İddiaçı, X5, X6 və X3r. İşə əlavə olunmuş 9 №li MİS-dən tərəfindən verilmiş 1237 №li, xx.xx.2019-cu il tarixli 2 №li forma arayışdan görünür ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsindəki 7 №li evin 12.4 kv.m sahəsi olan 1 otaqlı 20 “A” №li mənzili mərhum X2 adına qeyd edilməklə mənzil Mingəçevir şəhər İcra Hakimiyyətinə məxsusdur. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilində qeydiyyatda olanlar X4, Cavabdeh2, X7 və Cavabdeh1dır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prossesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan Mingəçevir şəhəri Hüseyn küçəsi 7 №li evin 20 №li mənzilində qeydiyyatda olduqlarını, lakin həmin mənzildə yaşamadıqlarını bildirərək onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 1 №li evin 20 №li mənzilində qeydiyyatda yoxdurlar və həmin mənzildə yaşamırlar. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı Şövkət X8 ilə birgə nikahda olduqları zaman ünvan 1 №li evin 20 №li mənzili onların istifadəsinə verilmişdir. Sonra onların arasındakı nikah pozulmuş, ayrılmışlar. Onların bir mənzildə yaşamaqları mümkün olmadığına görə sözügedən mənzilin 3 otağı iddiaçının, 1 otağı isə Ramis Məmmədovun istifadəsinə verilmişdir. İddiaçı istifadəsinə verilmiş mənzili özəlləşdirmiş, həmin mənzilə ünvan 1 №li evin 20 №li ünvan verilmiş, hazırda həmin mənzil iddiaçının mülkiyyətindədir. Yaşayış sahəsi 12.4 kv.m. olan 1 otaqlı mənzil isə 20 “A” ünvan kimi X2 adına qeyd edilmişdir. Mənzil hazırda dövlət fondu mənzilidir və Mingəçevir şəhər İcra Hakimiyyətinə məxsusdur. Ramis Məmmədovun uşaqları, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının mülkiyyətində olan ünvan 1 №li evin 20 №li mənzilində deyil, M.Hüseyn küçəsi 7 №li evin 20 “A” №li mənzilində, dövlət fondu mənzilində qeydiyyatdadırlar. Həmin mənzilin də iddiaçıya aidiyyəti olmadığına görə onun mənzilə hər hansı hüququ da yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 1 №li evin 20 №li mənzilinə istifadə hüquqları olması müəyyən edilmədiyinə, həmin mənzildə qeydiyyatda olmadıqlarına görə iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan ünvan 1 №li evin 20 №li mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiaçı əsassız olduğuna görə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar