Məhkəmə qərarları › İş №2(051)-1664/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1664/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1664/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 saylı evin 21 saylı mənzilindən əşyaları və qızı Nurayla birlikdə çıxarılması haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 saylı evin 21 saylı mənzili onun mülkiyyətindədir və 27 aprel 2010-cu ildə mülkiyyət hüquqları qeydə qeydə alınmışdır. Mənzilində oğlu Musa Məmmədovla 21 iyul 2014-cü ildə nikaha girmiş Cavabdeh məxsus əmlaklar vardır. Oğlu ailə quran Cavabdeh birgə evlilikdən 04 mart 2016-cı il təvəllüdlü Nuray adlı uşaqları olsa da onların ailə münasibətkləri alınmadığından Mingəçevir şəhər məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(051)-1571/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Vüsalə Məmmədovca nikahları pozulmasına baxmayaraq özünə məxsus əşyalarını mənzilində saxlamaqla həmin əşyalarını yoxlamaq bəhanəsi ilə arada bir mənzilinə onun icazəsi olmadan gəlməklə əşyalarını məziuldən çıxarmamaqla onun mülkiyyət hüquqlarını pozur. Ona görə də Cavabdeh Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 saylı evin 21 saylı mənzilindən əşyaları və qızı Nurayla birlikdə çıxarılması haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək izahatında göstərdi ki, qeyd edir ki, Cavabdeh İddiaçı gəlini olmuşdur. Cavabdehin oğlu olan X6 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladı var. 2018-ci ildən aralarındakı münasibətlər pozulmuş və faktiki olaraq ayrılmışlar. xx.xx.2019-cu il tarixli Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə Nurayın saxlanması üçün atası X4 140 manat aliment tutulur. xx.xx.2019-cu ildə Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. X6 ilə ayrılsalar da onun və qızının yəni X3 yaşamağa başqa bir yeri yoxdur. 2014-cü ildən cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və həmin vaxtdan mənzildə yaşamışdır. X1 həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Evdən istifadə etməyinə qayınanası notarial qaydada razılıq vermişdir. Lakin ailə münasibətlərində yaranmış mübahisələr nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Övladı ilə birlikdə uzun illərdir yaşadıqları mənzildən ayrı düşməkaləri onlara problemlər yaradır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini və vəkilini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 79,2 kv.metr ümumi sahəyə malik Mingəçevir şəhər Fazil Əzimov küçəsi ev 33, mənzil 21-də yerləşən daşınmaz əmlak İddiaçı tam xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Şəki rayon məhkəməsinin 2(075)-1571/2019 saylı xx.xx.2019-cu il tarixli qətnməsindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah qeydinin pozulması qət edilmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 saylı evin 21 saylı mənzili iddiaçının mülkiyyətindədir. İşə əlavə edilmiş çıxarışdanda gorunu ki, qeyd olunan mənzil 27 aprel 2010-cu ildən İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla onun mülkiyyətindədir. Həmin mənzilində iddiaçının oğlu Musa Məmmədovla 21 iyul 2014-cü ildə nikaha girmiş Cavabdeh məxsus əmlaklar vardır. Məhkəmə hesab edir ki, iddia predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan və yarana mübahisə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X2 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2009-ci ildən sonra yarandığından, hazırki mübahisəyə 30 iyun 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhərinin F.Əzimov küçəsində yerləşən 33 saylı evin 21 saylı mənzili İddiaçı adına xx.xx.2010-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydə alınmışdır. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini rəhbər tuturaq hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh və onun övladı Nuray əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 33 saylı evin 21 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və onun övladı Nuray əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 33 saylı evin 21 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar