Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1667/2022 03.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,35 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası X4 adına ünvan 2 ünvanda yerləşən 0,35 ha torpaq sahəsi olmuşdur. Lakin mülkiyyətə dair sənəd alınmadığından atası xx.xx.2014-cü il tarixdə vəfat edəndən sonra onlar atasından qalan əmlakı vərəsə kimi öz adına rəsmiləşdirə bilməmişlər. X8 xx.xx.2020-ci ildə vəfat etmişdir. X5 Rusiya Federasiyasında vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almışdır. O, hazırda həmin torpaq sahəsində ev tikdirmiş, faktiki olaraq mirası qəbul etmişdir. Ona görə də mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,35 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 1946-cı ildə Kürdəmir rayonu Qarabucaq kəndində anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23 dekabr 2014ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 14 iyul 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən X15 21. Fevral 2000-ci ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən 0,35 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 15 mart 2021-ci il tarixli 412 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 05/Q-47/15 saylı arayışdan görünür ki, Ölüm haqqında akt qeydində X1 yaşayış yeri olaraq Tərəvəzçilik sovxozu qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs3 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X7 xx.xx.2014-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra ona çatası paydan imtina edir. Notarius tərəfindən ona izah edildi ki, AR MM-nın 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. Mülki işə əlavə olunmuş X9 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X7 xx.xx.2014-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra ona çatası paydan imtina edir. Notarius tərəfindən ona izah edildi ki, AR MM-nın 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs4 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X7 xx.xx.2014-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra ona çatası paydan imtina edir. Notarius tərəfindən ona izah edildi ki, AR MM-nın 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X4 oğludur. X7 vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladları Maraqlı şəxs3, X14 və Maraqlı şəxs4dır. Həmçinin qeyd olunan vərəsələr ərizəçi Maraqlı şəxs3, X11 və Maraqlı şəxs4 atalarından miras qalan paydan imtina etmişlər. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,35 ha torpaq sahəsi miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,35 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1667/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1667/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver