Məhkəmə qərarları › İş №2(051)-1671/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1671/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1671/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun etibarnamə üzrə nümayəndəsivəkili X7, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbinə dair iddia ərizəsinə, Cavabdeh2nun İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X3 2007-ci ildən indiyə kimi yaşadıqları Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evində hüquqlarının müəyyən olunması evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə mərhum qaynatası X8 məxsus olmuşdur. X5 Natiq Ramiz oğlu ilə 27 noyabr 2007-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqları gündən yoldaşının yaşadığı və atasına məxsus olan evə gəlin köçmüş və cehizləri də həmin evə yığılmışdır. Onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaqları anadan olmuşdur. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 2021-ci ilin sonlarında ona cavabdehlər tərəfindən şər-böhtan atılaraq evdən çıxarılmışdır. Hazırda oğlu ilə birlikdə valideynlərinin evində məskunlaşmışdır. Bundan əlavə o, 2007-ci ildən həmin evə köçmüş və həmin vaxtdan indiyə kimi həmin evdə qeydiyyatdadır. O evə köçəndə ev tam hazır olmamış və onun da həmin evdə köməyi olmuşdur. Qaynatası onu evə qeydiyyata salmışdır. Sözügedən evə çıxarış isə xx.xx.2008-ci ildə alınmışdır. Hazırda cavabdehlər onu evdən çıxarmış və evə buraxmırlar. Həmin evdən başqa yaşamağa evləri yoxdur və əşyaları da həmin evdədir. Lakin cavabdehlər ona sözügedən mənzildən istifadə etməsinə imkan vermirlər. Ona görə də onun və oğlu X3 2007-ci ildən indiyə kimi yaşadıqları Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evində hüquqlarının müəyyən olunması evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X7 İddiaçı izahatına uyğun izahat verərək ilkin iddianın təmin olunmasını qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 etibarnamə üzrə nümayəndəsivəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbində qalaraq izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İlkin iddia tələbi tam əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 ünvanı Cavabdeh2 mülkiyyətimdədir və sözügedən ünvanda Sədayə Rzayev və oğlu Cavabdeh1 yaşayır. Həmin mənzil Cavabdeh2 mülkiyyətimdədir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil Cavabdeh2 ərimdən vərəsəlik qaydasında keçmişdir. Cavabdehin ona məxsus evdən heç bir hüququ yoxdur. Cavabdeh İddiaçı xeyli müddətdir Cavabdeh2 məxsus mənzildə yaşamır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh2 məxsus mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də onun Cavabdeh2 məxsus mənzildə hər-hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları olmayan şəxsin Cavabdeh2Cavabdeh2 məxsus mənzilə köçürülmək istəməsi qanunun tələblərinə uyğun deyil. Cavabdehin Cavabdeh2 məxsus evdə qeydiyyatda olması istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddia ərizəsində də göstərdiyi kimi hazırda başqa yaşayış yeri var və Cavabdeh2 mülkiyyətində olan evdə yaşamır. Onun başqa yaşayış yeri olmaqla bizimlə birgə yaşaması mümkün deyil. Bundan əlavə İddiaçı sözügedən evə gəlin gələrkən və qeydiyyata düşərkən onun sözügedən evdən istifadə hüququnun yaranması üçün hər hansı razılıq olmamış, bu razılıq notarial qaydada təstiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı evin faktiki sahibi olan Cavabdeh2 keçmiş gəlini olmuşdur. Qaynananın keçmiş ailə üzvü olan gəlinini saxlamaq öhdəliyi yoxdur və bu öhdəliyin olması ilə bağlı aralarında heç bir vaxt razılaşma olmamışdır. Ona görə də ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını və İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 166.80 kvadrat metr olan Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/3 saylı qərarına əsasən AzDRES qəsəbəsindən X4 mülkiyyətinə 500 m2 torpaq sahəsi verilmiş, sözügedən torpaq sahəsində 2005-ci ildən 2008-ci ilə kimi tikinti qurlaşdırma işləri getmiş və ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmış nikah qeydi pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaq İddiaçı yanında qalması müəyyən olunmuş və Cavabdeh1 Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, İddiaçı X9in 2005-ci il tarixdən mülkiyyətində olan torpaq sahəsində olan və onun tərəfindən inşa olunmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ramiz Rzayev xx.xx.2021-ci ildə vəfat etdikdən sonra sözügedən əmlak bütövlükdə miras əmlakı kimi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bununla əlaqədar ümumi sahəsi 166.80 kvadrat metr olan Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaq İddiaçı yanında qalması müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərkən müəyyən etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildən yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında sözügedən mülki hüquq münasibətləri 2007-ci ildən yarandığından, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün İddiaçı ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə iddiaçının Cavabdeh2 (əvvəllər X8) məxsus torpaq sahəsi üzərində tikilmiş evdən istifadə hüququnun tanınmasına qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, hazırda Cavabdeh2 məxsus olan, əvvəllər isə X8 məxsus olmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanda olan 500 m2 torpaq sahəsi 2005-ci ildə onlar tərəfindən alınmış və onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində 2005-ci ildən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuş və həmin torpaqda inşa olunmuş fərdi yaşayış evi 2008-ci ildə dövlət qeydiyyatından keçməklə çıxarış verilmişdir. Mülkiyyətdə olan torpaq sahəsi Ramiz Razayevə və Cavabdeh2 mülkiyyətində olduğundan onların onun həmin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ vardır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X12 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X12 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə, həmçinin hesab edir ki, həmin mübahisəli fərdi yaşayış evi Cavabdeh2 və onun ərinin vəsaiti hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna o şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeyd alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzildən istifadə hüququnun yaranması əsasları Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş və həmin maddənin tətbiqi ilə bağlı yaranan mübahisələrin həllinə dair Konstitusiya Məhkəməsi müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin « Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair » 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 keçmiş gəlinidir. Sözügedən evin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini olan İddiaçı saxlamaq vəzifəsi yoxdur. Bundan əlavə məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxır. Məhkəməyə ilkin iddia üzrə İddiaçı 2007-ci ildən mübahisəli evə qeydiyyata düşməsini bildirsə də və sözügedən evə hər hansı hüququnun olmasını bildirsə də bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh2 təqdim etdiyi və məhkəmə sorğusu ilə əldə olunmuş sənədlərlə sübut olunmuşdur ki, 2005-ci ildən mübahisəli torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi Sadayə Rzayevanın və ərinin mülkiyyətində olmuş, sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi 2008-ci ilə aid olsa da onların göslənilən mülkiyyət hüquqları vardır. İddiaçı ilə mülkiyyətçilərin arasında heç bir razılaşma olmamış, və razılaşma notarial qaydada təstiq edilməmişdir. Bundan əlavə evin özəllədirilməsində İddiaçı razılığı olmamış və o, özəlləşmədə iştirak etməmişdir. Bununla bağlı İddiaçı sübut təqdim edə bilməmiş və məhkəmə sorğularına verilmiş cavablarda bu hallarla bağlı heç bir sənəd aşkarlanmamışdır. Məhkəmə bütün sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ilkin iddianın heç bir hüquqi əsası yoxdur və iddia rədd edilməlidir. Qarşılıqlı iddia isə yuxarıda qeyd edilən əsaslara görə tam qanuni olmaqla Cavabdeh2 mülkiyyətində olan evdə keçmiş gəlini İddiaçı heç bir istifadə hüququ yoxdur. Bu səbəbdən də onun tələb olunan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh2 İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar