Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-168/2020 01.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və onun etibarnaməüzrə nümayəndəsi, vəkil X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Mənzildən çıxarılma» tələbinə dair iddiası və X1 İddiaçı və maraqlı şəxs Cavabdeh qarşı «mənzilin özəlləşdirilməsi ilə bağlı verilmişərizənin və mənzilin özəlləşməsinin ləğv edilməsi» tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilindən Cavabdeh çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilinin özəlləşməsi ilə bağlı verdiyi ərizənin etibarsız sayılması və mənzilin özəlləşməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 saylı qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncüşəxs X1 iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 saylı evin 32 saylı mənzili xx xxxx 2010-cu ildən onun şəriksiz mülkiyyətindədir. Cavabdeh onun oğlu İsbəndiyar Hüseynovun arvadıdır. Onlar 2016-cı ildə ailə qurmuşlar. 2017-ci ildə Cavabdeh yaşayış yeri üzrə qeydiyyata düşməsinə razılıq vermişdir. Həmin vaxt o, hamilə idi və hamiləlıiyi ilə əlaqədar qeydiyyat tələb olunurdu. Onların birgə evliliyindən xx.xx.2017-ci ildə Məhəmməd, xx.xx.2019-cu ildə Aişə adlı uşaqları olmuşdur. Mənzildə oğlu İsbəndiyar və onun ailəsi yaşayır. O, və arvadı hazırda kirayədə qalmağa məcbur olmuşlar. Sonanın təhdidlərindən arvadı Mirvariyəəl qaldırması səbəbindən onunla birgə yaşaya bilmirlər. Artıq xeyli müddətdir ki, mülkiyyətində 3 otaqlı mənzil olmasına baxmayaraq başqa yerlərdə yaşamağa məcbur olmuşlar. Bu yaşda kirayədə yaşamağa utanır. Sona isə onlara qanuni evlərinə gəlməyə qadağa qoymuşdur. Mənzil onun şəriksiz mülkiyyətində olduğunan 2009-cu ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən onun ailəüzvü hesab edilmədiyindən onun razılığı olmadan mənzildən istifadə edə bilməz. Cavabdeh bilərəkdən bu maneəni aradan qaldırmayaraq, öz hərəkətləri ilə mənzilində yaşamağa və mülkiyyətindən maneəsiz istifadə etməyə imkan verməmişdir. Buna görə də mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilindən Cavabdeh çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnaməüzrə nümayəndəsi, vəkil X7 da məhkəmə iclasında İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №. li arayışdan görünür ki, Hüseynov X3 şəhəri Naxçıvan küçəsi ev 40, mənzil 32 ünvanda qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzili xx xxxx 2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə, iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinəəsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görəİddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan mənzilin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisəözgənin sahibliyində olan əmlakın alınmasıüzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «X4» qarşı xx xxxx 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə işüzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüqüqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan işüzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəüstünlüyünəüçüncüşəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 32 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-168/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-168/2020
01.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver