Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1680/2020 24.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdim: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı ərizədə cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçı həmin tələblə bağlı aidiyyatı inzibati orqana (Polis Şöbəsinə) müraciət etməlidir. Əgər iddiaçının cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbindən inzibati orqan imtina edərsə, belə olan halda iddiaçı inzibati orqanın hərəkətlərindən və ya hərəkətsizliyindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət verə bilər. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və iddiaçıya cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcllənin 153.3-cü maddəsinə əsasən, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbul olunmasından iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçıya cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1680/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1680/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver