Məhkəmə qərarları › İş №2(051)-1680/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1680/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1680/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh, onun azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təsviri hissə İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanının onun və ailə üzvlərinin istifadəsində və mülkiyyətindədir. Göstərilən mənzil 1988-ci ildə əri X5 və onun ailə üzvləri kimi oğullarına və ona verilmişdir. 2008-ci il tarixdə onlar əlavə olaraq order aldıqda orderdə həmin vaxt yaşayan şəxslər övladları və gəlininin adı yazılmışdır. Lakin hazırda sözügedən mənzildə o, tək yaşayır. Gəlini Cavabdeh oğlu ilə X1 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən boşanmışdır. Onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Səid, xx.xx.2008-ci il təvəllüdlü Səidə və xx.xx.2013-cü il təvəlldlü Tunar adlı uşaqlar analarının yanında qalmışlar. Gəlini Cavabdeh azyaşlı nəvələrini də özü ilə aparmış və 2021-ci ilin mart ayından həmin ünvanda yaşamır. Cavabdehin başqa yaşayış yeri var və onun bizə məxsus mənzilə olan ehtiyacları aradan qalxmışdır. Əvvəllər cavabdeh onun gəlini olsa da hazırda cavabdehin onunla heç bir qohumluq münasibəti yoxdur və onun cavabdeh qarşısında heç bir hüquqi öhdəliyi yoxdur. Cavabdeh öz övladları ilə bərabər uzun müddətdir sözügedən mənzildə yaşamır. Oğlu özüdə hazırda Azərbaycandan kənarda yaşayır. X9 ölümündən sonra onun vərəsəsi kimi miras əmlaka o sahib olmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-764/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanı yalnız mənim tərəfimdən bütöv şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Ona görə də Cavabdeh, onun azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının oğlu X6 ilə 2007-ci ildən ailəli olsa da aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Səid, xx.xx.2008-ci il təvəllüdlü Səidə və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqlar onun yanında qalmışdır. Vaqif Qədirovla boşandıqdan sonra övladları ilə birlikdə Bakı şəhərinə getmiş və valideynləri ilə yaşayır. Onun şəxsi mənzili olmadığı üçün Bakı şəhərində yaşayır. Lakin hazırda sözügedən mənzildə yaşamasa da istifadə hüquqlarına xitam verilməsini istəmir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 155 №-li, xx.xx.2008-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Mingəçevir şəhərinin C.Əliyev küçəsi 13-A saylı evin 3 otaqdan ibarət 20 saylı mənzili dövlət mənzil fonduna aiddir və ona Azərbaycan DRES müdiriyyətinin və HK-nin xx.xx.1988-ci il tarixli birgə iclasının qərarı ilə (protokol N2 10) verilmidir. V.Qədirov ilə icarədar Azərbaycan DRES Mənzil İstismar İdarəsi arasında xx.xx.1988-ci il tarixli mənzil kirayə müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 10 sentyabr 2008-ci il tarixdə 006807 nömrəli orderdən görünür ki, Mingəçevir şəhərinin C.Əliyev küçəsi 13-A saylı evin 3 otaqdan ibarət 20 saylı mənzili X4 istifadəsinə və sərəncamına verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-764/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanı yalnız mənim tərəfimdən bütöv şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilmişdirMingəçevir şəhər Məhkəməsinin 2(051)-764/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanı yalnız İddiaçı tərəfimdən bütöv şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Mülki işə əlavəedilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-737/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Səid, xx.xx.2008-ci il təvəllüdlü Səidə və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqlar Cavabdeh yanında qalmışdır. Mülki işə əlavə olunmuş 2 saylı MİS-nin xx.xx.2022-ci il tarixli, 273 nömrəli arayışından və həmin tarixli aktından görünür ki, evin gəlini olmuş Məmmədova X2 şəhəri C.Əliyev küçəsi 13-A saylı evin, 20 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq 2021-ci ilin may ayından həmin mənzildə yaşamır. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi 13-A saylı evin, 20 saylı mənzili xx.xx.1988-ci il tarixdə X4 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Vacib Qədirov sözügedən orderi yeniləmiş və onlara 10 sentyabr 2008-ci il tarixdə 006807 nömrəli order verilmişdir. İddiaçının oğlu X6 ilə gəlini olmuş Cavabdeh arasında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-737/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Səid, xx.xx.2008-ci il təvəllüdlü Səidə və xx.xx.2013-cü il təvəllüdlü Tunar adlı uşaqlar Cavabdeh yanında qalmışdır. Cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən istifadə hüququnun davam etməsi iddiaçının qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2009-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2000-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2000-ci il sentyabrın 1-ə il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, xx.xx.1988-ci il tarixdə iddiaçının ərinin adına mənzil kirayə müqaviləsi bağlanmışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə, iş materiallarına müqayisəli şəkildə qiymət verərək hesab edir ki, hazır ki ilə Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmiş hallar eynilk təşkil etməkdədir. Belə ki, məhkəmə iclasında da müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı məxsus mənzilə gəlin kimi 2007-ci ildə köçmüşdür. Tərəflər arasında mənzillə bağlı mübahisə yarandığı zaman mənzil mənzil kirayə müqaviləsi ilə Vacib Qədirova məxsus olmuşdur. Mənzilin orderlə (mənzil kirayə müqaviləsilə) olması iddiaçının qanunla irali gələn mülkiyyət və digər əmlak hüquqlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Məhkəmə bu baxımdan iddiaçı tərəfindən göstərilənləri əsaslı sayaraq iddiaçıya məxsus mənzilə dair orderi mülkiyyət hüquqlarına bərabər sayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının əri X5 məxsus olmuş, Vacib Qədirovun vəfatından sonra miras əmlakda tam olaraq iddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Sözügedən orderlə olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə qeydiyyatda olan cavabdehin mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təstiqini tapmamışdır. Əksinə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh uzun müddətdir azyaşlı övladları ilə birlikdə sözügedən mənzildə yaşamır. Onun Bakı şəhərində yaşaması müəyyən olunmuşdur. Cavabdehin uzun müddət sözügedən mənzildə yaşamaması, onun başqa yaşayış yerinin olması və iddiaçının cavabdehi saxlamaq öhdəliyinin olmaması (yəni keçmiş ailə üzvü olması) cavabdehin orderlə olan mənzilə əvvəllər yaranmış istifadə hüquqlarının xitam verilməsinə əsas verir. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin əsaslı olması qənaətindədir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının keçmiş gəlini olan cavabdeh iddiaçıya məxsus mənzildən uzun müddətdir istifadə etmir və onun başqa daimi yaşayış yerləri mövcuddur. Göstərilənlər iddianın təmin olunması üçün əsasdır və iddia tələbi təmin olunmalıdır. İddiaçı cavabdehin uzun müddətdir sözügedən mənzildən istifadə etməməsini sübut edən sənədləri iş materiallarına əlavə etsə də cavabdeh sözügedən mənzilə hərhansı sübutunun olmasını təstiq edən mötəbər sübut təqdim etməmişdir. İş materialları ilə iddiaçının tələbinin tam olaraq əsaslı olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh, onun azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar