Məhkəmə qərarları › İş №2(051)-1685/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1685/2020

11.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1685/2020 11.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 11 №-li tam orta məktəbə qarşı ibtidai sinif müəllimi kimi dərs yükü ilə təmin olunması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdeh Mingəçevir şəhər 11 №-li tam orta məktəbə qarşı həmin məktəbdə sinif rəhbəri və ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Mingəçevir şəhər 11 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saat dərs yükü ilə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 2001-ci ildə X4 bitirmiş, ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. xx xxxxxxxx 2013-cü ildə Mingəçevir şəhər 11 №-li tam orta məktəbə müvəqəti sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 2016-cı ilə kimi həmin məktəbdə müvəqəti sinif müəllmi işləmişdir. xx xxx 2016cı il tarixli 09/s saylı əmrlə xx xxx 2016-cı ildən 11 №-li tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə dəyişdirilmişdir. Daimi əsaslarla işə qəbul olunmasına baxmayaraq o, xx xxxx 2018-ci il tarixli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə işdən azad olunmuşdur. O, əmrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilməsi, onun Mingəçevir şəhər 11 №-li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, məktəbdə işə bərpa olunmuşdur. İşdən çıxarılanda onun 19 saat dərsi olmuşdur. Ancaq işə bərpa olunandan sonra ona cəmi 6 saat dərs verilmişdir. Ona bildirmişlər ki, diaqnostik qiymətləndirmədən keçmədiyinə görə ona verilən dərs yükü 6 saatdan çox ola bilməz. Ancaq ona diaqnostik qiymətləndirmədən keçməyə də icazə verilmir ki, MİQ-dən keçməmişdir. Halbuki o, müddətsiz əmək müqaviləsi ilə işləyir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarın 1-ci hissəsinin 2-ci abzasına əsasən bir stavka dərs yükü 18 saat müəyyən edilmişdir. Baxmayaraq o, müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərir, əvvəlki işinə bərpa olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, ona 6 saatdan artıq dərs verilmir. O, cəmi 110 manat əmək haqqı alır ki, bu da ölkə üzrə müəyyən olunmuş 250 manat minimum əmək haqqından azdır. Ona görə də iddianın təmin olunmasını, ona ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması barədə qətnamə çıxarılmsını xahiş edir. İddiaçının vəkili X5 da məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Mingəçevir şəhər 11 №-li tam orta məktəbin direktoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak ertmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh Mingəçevir şəhər 11 №-li tam orta məktəbin direktoru X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdi ki, iddiaçı 2013-cü ilin sentyabr ayından 11 №l-li tam orta məktəbdə sinif müəllimi kimi işə qəbul edilmişdir. İddiaçı əvvəl müvəqqəti müqavilə ilə işləmişdir, hazırda isə daimi əsaslarla işləyir. İddiaçı işlədiyi müddətə özünü bacarıqlı, daim öz üzərində çalışan, şagirdlərə qayğı ilə yanaşaraq, lazımi qaydada onların təlim-tərbiyəsi ilə məşğul olan müəllim kimi göstərmişdir. Bu səbəbdəndir ki, iddiaçı valideynlər arasında hörmət qazanmış və daha çox valideynlər öz uşaqlarını Sevinc Mehnatovanın dərs dediyi sinifdə oxumasını istəyirlər. Lakni İddiaçı diaqnostik qiymətləndirilmədən keçməmişdir. Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə isə 6 saatdan artıq dərs verilməsinə icazə verilmir. İddiaçı 6 saat-5 saat həyat bilgisi və 1 saat musiqi dərsləri ilə təmin olunmuşdur. Dərs bölgüsü Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2018-ci il tarixli 346 №-li əmrinə əsasən diaqnostik qiymətləndirməyə görə aparılmalı olması bildirilmişdir. İddia tələbi üzrə qanuna müvafiq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan BB-H 043042 №-li diplomun surətindən görünür ki, Əsgərova (Mehnətova) Sevinc İsgəndər qızı 1997-ci ildə Ağdaş pedaqoji texnikumuna daxil olmuş xx xxxx 2001-ci ildə tam kursu bitirmiş, ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2013-cü ildə Mingəçevir şəhər 11 №-li tam orta məktəbdə müvəqqəti ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. xx xxx 2016-cı il tarixdən 11 №-li tam orta məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə dəyişdirilmişdir. xx xxxx 2018-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxxx 2018-ci il tarixli əmrlə Mingəçevir şəhər məhkəməsinin 2(051)-2250/2018 №-li xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 11 №-li tam orta məktəbdə işə bərpa olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-2250/2018 №-li xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin olunması, İddiaçı Mingəçevir şəhər 11 №-li tam orta məktəbin ibtidai sinif müəllim vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa olunması qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər 11 №-li tam orta məktəbin direktorunun 138 №-li xx xxxxxxx 2018-ci il tarixli əmrindən çıxarışda göstərilir ki, İddiaçı, ibtidai sinif nüəllimi Mingəçevir şəhər məhkəməsinin 2(051)-2250/2018 №-li xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən işə bərpa edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər 11 №-li tam orta məktəbin 2020-ci tədris ilinin xx xxxxxxxx 2020-ci il tarifləşmə cədvəlindən və məktəbin direktoru tərəfindən verilmiş arayışdan görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı 2020-2021-ci tədris ilində 6 saat-5 saat həyat bilgisi və 1 saat musiqi dərsləri verilmişdir, əmək haqqı 111,25 (bir yüz on bir manat iyirmi beş qəpik) nanatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində Mingəçevir şəhər 11 №-li tam orta məktəbdə əvvəl müvəqqəti sinif müəllimi kimi işə qəbul olunduğunu, 2016-cı ilin may ayından həmin məktəbdə daimi əsaslarla sinif müəllimi vəzifəsinə dəyişdirildiyini, xx xxxx 2018-ci il tarixli əmrlə işdən azad olunduğunu, məhkəmə qətnaməsi ilə əvvəlki işinə, müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunduğunu, əvvəl 19 saat dərsi olmaqla sinif müəllimi işləmiş olsa da, əsassız olaraq onun cəmi 6 saat dərslə təmin olunmasını bildirmişdir. İş materialları ilə də iddiaçının cəmi 6 saat dərs yükü ilə təmin olunduğu müəyyən edildi. Cavabdeh iddiaçının cəmi 6 saat dərs yükü ilə təmin olunmasını, onun diaqnostik qiymətləndirmədən keçməməsi və Təhsil Nazirliyinin F-346 №-li xx xxx 2018-ci il tarixli əmrinə əsasən iddiaçıya 6 saat dərs saatı verilməsi ilə izah etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Mingəçevir şəhər 11 №-li tam orta məktəbin direktorunun 112 №-li xx xxxxxxxx 2013-cü il tarixli əmri ilə xx xxxxxxxx 2013-cü il tarixdən həmin məktəbə müvəqqəti müəllim vəzifəsinə qəbul edilmişdir. xx xxx 2016-cı tarixli əmrlə 11 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə dəyişdirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məktəb direktorunun xx xxxx 2018-ci il tarixli 62 №-li əmri ilə Əmək Məcəllənin 47-ci maddəsinə əsasən xitam verilmişdir. Lakin Mingəçevir şəhər məhkəməsinin 2(051)-2250/2018 №-li xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 62 №-li xx xxxx 2018-ci il tarixli əmri etibarsız hesab edilmiş, iddiaçı Mingəçevir şəhər 11 №-li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa olunması qət edilmişdir və məktəb direktorunun 138 №-li xx xxxxxxx 2018-ci il tarixli əmri ilə həmin tarixdən məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. O, 5 saat həyat bilgisi və 1 saat musiqi, cəmi 6 saat dərs saatı ilə təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215-nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan üsmumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” və Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-2250/2018-ci il tarixli xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir şəhəri 11 №-li tam orta məktəbin ibtidai sinif müəllmi vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunmuşdur. Cavabdeh izahatında iddiaçının diaqnostik qiymətləndirmədən keçməməsi səbəbindən cəmi 6 saat dərs saatı ilə təmin olunduğunu bildirmiş, iddiçı isə tələbini müddətsiz əmək müqaviləsi ilə işlədiyinə görə MİQ-dən keçmədiyi üçün onun diaqnostik qiymətləndirməyə göndərilməməsi, nəticədə hüquqları pozulması ilə əsaslandırmışdır. «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı deyildir. Çünki, sözügedən «Qaydalar»ın 5.2-ci bəndində göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Bundan əlavə cavabdeh, iddiaçının cəmi 6 saat dərslə təmin olunmasını onun diaqnostk qiymətləndirmədən keçməməsi ilə izahını əsassız hesab edir. Belə ki, “X3 müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 5.5-ci bəndinə görə diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmcinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü 6 saat müəyyənləşdirilmişdir. Lakin iddiaçı yuxarıda göstərilə səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamış, diaqnostik qiymətləndirmədə iştirak edə bilməmişdir. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Bundan əlavə cavabdeh, İddiaçı 6 saat dərslə təmin olunmasını Təhsil Nazirliyinin 346 №-li xx xxx 2018-ci il tarixli əmri ilə əsaslandırmışdır ki, həmin əmrlə də “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan X3 müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilmişdir ki, qeyd edilən Qaydalarada da müəllimlər üçün dərs yükünün 6 saat olması göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçı Mehnətova X1 şəhəri 11 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. İddiaçı Mehnətova X1 şəhəri 11 №-li tam orta məktəbdə 18 saatdan az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar