Məhkəmə qərarları › İş №2(051)-1686/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1686/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1686/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzili mərhum anası Səfərova Gilə Rəşid qızının adına qeyd edilməklə anasının, atasının, onun, bacısının və Cavabdeh oğlunun istifadəsinə verilmişdir. Mənzilə dair Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin xx xxxxxxxx 1980-cı il tarixli qərarı ilə 8176 №-li order verilmişdir. X16 xx xxxxx 2003-cü ildə, atası Saday Səfərov xx xxxx 1995-ci ildə vəfat etmişlər. Hazırda həmən mənzili adına rəsmiləşdirmək istəyir. Lakin ailə üzvü olmuş mənzildə qeydiyyatda olan qardaşı cavabdeh Cavabdeh 32 ildən artıqdır ki, Rusiya Federasiyasına getmiş və orada yaşayır. Mənzil dövlət fondu mənzilidir, özəlləşdirmək istəyir. Lakin cavabdehin adı orderdə olduğuna görə mənzili özəlləşdirə bilmir. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil da cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamamasını, başqa yaşayış sahəsinə köçüb orada yaşamasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 1977-ci ildən iddiaçı ilə qonşuluq edir. Mübahisəli mənzildə iddiaçının anası, iddiaçı və qardaşı Saday yaşamışlar. 20 ildən çoxdur ki, Sadayın həmin mənzilə gəlib-getdiyini görməmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudur. Sadayın həmin evə gəlib-getdiyini görməmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, mənzili alandan iddiaçı onunla qonşudur. İddiaçının qardaşı Sadayı yaxından tanıyırdı. Saday 20 ildən çoxdur ki, həmin mənzilə gəlib-getmir, eşitdiyinə görə Rusiyada yaşayır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 8176 №-li orderdən görünür ki, Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 332 №-li xx xxxxxxxx 1980-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Bulvarnaya küçəsi 10 №li evin 15 №-li mənzili Səfərova Gilə Rəşid qızının adına qeyd edilməklə mənzil onun, əri X12, qızı X6, oğlanları İddiaçı və Cavabdeh istifadəsinə verilmişdir. İşə əlavə edilmiş 5 №-li MİS-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, Mingəçevir şəhəri Bulvarnaya küçəsi ev 10, mənzil 15 hazırda N.Rəfibəyli küçəsi ev 6”A” mənzil 15-dir. İşdə olan 5 №-li MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tatixli aktda göstərilir ki, Cavabdeh 1988-ci il tarixdən Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzilində yaşamır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 2003-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X12 06 iyun 1995-ci ildə vəfat etmişdir. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi (keçmiş Bulvar küçəsi) 6-A №-li evin 15 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin qərarı ilə 8176 №-li orderlə X5 adına qeyd edilməklə onun, əri X12, qızı X6, oğlanları İddiaçı və Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də o, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 6-A №-li evin 15 №-li mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar