Məhkəmə qərarları › İş №2(051)-1687/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1687/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1687/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, maraqlı şəxslər X12, X10 və X5 iştirakı ilə, Ərizəçi qızının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 03/2 №-li qərarına əsasən “Energetik” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi mənzil tikinti üçün alqı-satqı yolu ilə 300 kv.metr torpaq sahəsi mərhum əri X3 mülkiyyətinə verilmişdir. X21 xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Ərinin vəfatından sonra həmin torpaq sahəsindən hazırkı vaxtadək o istifadə edir. Torpağı öz adına sənədləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasını, mərhum əri X2 miras qalmış Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X12 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mərhum atası X2 miras qalmış Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsi anası Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş, miras əmlaka bütöv şəkildə anasına vərəsəlik hüququnun tanınmasına etiraz etmir, miras əmlakla bağlı heç bir mübahisəsi yoxdur. Maraqlı şəxs X10 məhkəmə iclasında verdiyi izahatında atası X2 miras qalmış torpaq sahəsinə bütöv şəkildə anası Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini, mirası anası tərəfindən faktiki qəbul edildiyini bildirdi. Maraqlı şəxs X11 da məhkəmə iclasında atası X2 miras qalmış torpaq sahəsinə bütöv şəkildə anası Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini, mirası anası tərəfindən faktiki qəbul edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi ilə 38 ilə yaxındır ki, qonşudur. Ərizəçinin əri X4 yaxından tanıyır, iş yoldaşı olmuşdur. Salman Mustafayev 2019-cu ildə vəfat etmişdir. Həmin vaxtan da ərindən miras qalmış Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinə Ərizəçi sahiblik edir. X7 məhkəmə iclasında ifadəsində şahid Sadəddin Eyvazovun ifadəsinə oxşar ifadə verdi. Məhkəmə ərizəçini, maraqlı şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Mingəçevir Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 03/2 №-li qərarın surətindən görünür ki, Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxx 1953-cü ildə Goranboy rayonun Safıkürd kəndində anadan olmuş X3 vərəsələri-arvadı xx.xx.1956-cıil təvəllüdlü Ərizəçi, xx.xx.1981-ci il təvəllüdlü X10, xx.xx.1982-ci il təvəllüdlü X11 və xx.xx.1986-cı il təvəllüdlü Mustafayeva Esmira Salman qızıdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, yalnız onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşə əlavə edilmiş maraqlı şəxslər X12, X10 və X5 notarial qaydada təstiq edilmiş ərizələrində ataları X3 xx xxxxxx 2019-cu il tarixdə vəfat etməsi, atalarının ölümündən sonra miras qalmış əmlakın anaları Ərizəçi tərəfindən qəbul edilməsi və bu barədə analarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədikləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, ərizəçi G.X1 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi əri X2 miras qalmış Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, Mingəçevir Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 03/2 №-li qərarına əsasən X3 mülkiyyətində olan və miras kütləsinə daxil edilən Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, S.Mustafayevin mülkiyyətində olmuş, mirasın kütləsinə daxil edilmiş Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X3 mülkiyyətində olan Mingəçevir şəhəri “Energetik” yaşayış massivində yerləşən 300 kv.metr torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar