Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1693/2023 02.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “30 ildən artıq yaşadığı yaşayış evinə mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Mingəçevir İcra Hakimiyyəti ilə onun arasında 30 (otuz) ildən artıq yaşadığı (ailəsiylə) Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilinə mənzil-kirayə müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, xx.xx.1947-ci il tvəllüdlü X4 şəhid ailəsi statusu vardır. Həyat yoldaşı X5 xx.xx.1992-ci ildə Birinci Qarabağ müharibəsində, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onlar həm də rayonundan məcburi köçkündürlər. 1992-ci ilin may ayından Mingəçevir şəhərinə köçkün olaraq gəlmişlər. Gəldikləri gündən Mingəçevir şəhəri ünvan 1 ünvanda ailsiylə birlikdə məskunlaşıb, yaşamışlar. 30 ildən artıqdır ki, 7 nəfər ailə üzvləriylə birlikdə Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilində yaşayırlar. Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzili dövlət fondu mənzilidir. İcra hakimiyyətinin balansında olmuşdur. Faktiki istifadələrində olan Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzili X1 istifadəsində olmuşdur. O ailəsi hazırki mənzildə yaşadıqları üçün 1994-cü ildə X1 həmin mənzilə qanuni istifadəsi dayandırılmış və o, daha sonra başqa mənzillə təmin edilmişdir. Ona şəhid ailəsi olaraq mənzillə təmin edilmə ilə bağlı dövlət tədbiri olmamışdır. Ona ya torpaq sahəsi ya da ki, mənzil ayrılmamışdır. Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilinin onun qanuni istifadəsində olmasını rəsmiləşdirmək üçün Cavabdeh aparatının rəhbəri cənab İlham İsmayılova müraciət etdi. Möhtərəm prezident X12 şəhid ailələrinin mənzillə təmin edilməsi göstərişini nəzərə almasını xahiş etdi. Cavabdeh aparatının başçısı cənab İlham İsmayılovun ona ünvanlanmış 1691 saylı 26 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, cənab İ.İsmayılov ona məcburi köçkün kimi cavab vermişdir, halbu ki baxmayaraq məcburi köçkündür, o şəhid ailəsi kimi müraciət etmişdir ki. Onu da qeyd edir ki, Ağdam rayonu Başgüney kəndi hələ də erməni işğalındadır. Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanunu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimmək məqsədinə xidmət etməkdədir. Bu baxımdan qanunun 4-cü maddəsi ilə şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Maddənin tələbinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericiliklə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsindən cavab gələrək ona məlumat verildi. Məlumatda göstərilmişdir ki, mübahisə edilən mənzillə bağlı mənzil-kirayə müqaviləsinin bağlanması ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edin. 30 ildən artıqdır ki, Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilində ailə üzvləriylə birlikdə yaşayırlar. Mingəçevir şəhər 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 109 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 1992-ci ilin may ayından ailə üzvü X3 ilə birlikdə Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilində yaşayırlar. Azərsu ASC tərəfindən verilmiş abonent kartından görünür ki, Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilinin su təchizatı ilə bağlı müqavilə İddiaçı ilə bağlanmışdır. Azəriqaz ASC tərəfəindən verilmiş abonent saldosundan görünür ki, Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilinin abonenti **********00180 sayla İddiaçı adına qeydə alınmışdır. Ona görə də məhkəmədən cavabdeh Mingəçevir İcra Hakimiyyəti ilə onun arasında 30 (otuz) ildən artıq yaşadığı (ailəsiylə) Mingəçevir şəhəri Füzuli küçəsi 6/1 saylı evin 18 saylı mənzilinə mənzilkirayə müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbi ilə razı olmadığını bildirərək, ev məsələsi ilə bağlı onlara müraciət etməməlidir. Evi onlar vermirlər. O bununla bağlı müvafiq komitəyə müraciət etməli idi. O həmin evdə müvəqqəti məskunlaşmışdır. Ev dövlətindir. Evi təmir olunmalıdırsa, müraciət edə bilər. Məcburi Köçkünlərlə mənzil-kirayə müqaviləsi bağlamırlar. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Novruzova X2 şəhəri Fizuli 6/1 , mənzil 18 ünvanında müvəqqəti qeydiyyatdadır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Beləliklə Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, məcburi köçkün İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanması İcra Hakimiyyətinin vəzifəsinə daxil deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu və mübahisəli mənzildə müvvəqqəti məskunlaşdığı üçün Cavabdeh arasında sosial kirayə müqaviləsi bağlana bilməz. Lakin məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan onun mənzilllə təmin edilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitənin səlahiyyətindədir. Belə ki, məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüş Novruzova X2 şəhəri Fizuli 6/1 , mənzil 18 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamına əsasən isə 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlarla sosial kirayə müqaviləsi bağlanır. İş materiallarından da görünür ki, iddiaçı özü tək olaraq mübahisəli mənzildə məskunlaşmış və onun həmin mənzildə yaşamasına müvafiq icra hakimiyyəti tərəfindən heç bir maneələr yaradılmır. Həmçinin onun həmin mənzidə yaşamasının mümkünsüz olan faktlar və şərait (ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə olması, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz etməsi, ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi uyğun gəlməməsi və.s ) aşkar edlməmişdir. Həmçinin mənzil qanunvericiliyin tələblərinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. İddiaçı bu barədə müvafiq orqanlara müraciət etməmiş və uçota alınmamışdır. İş materiallarından da görününr ki, iddiaçı mənzil sahəsinə ehtimyacı yoxdur və tək olaraq mübahisəli mənzildə məskunlaşmışdır və müvafiq icra hakimiyyəti tərəfindən onun bu hüquqdan istifadə etməsinə heç bir məhduduiyyətlər yaradılmamışdır. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Həmin Məcəllənin 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Həmin Məcəllənin 50.1.4-cü maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamından görünür ki, 2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları X7 X14 Şəxslərlə İş üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsi (bundan sonra Dövlət Komitəsi) və onun yerli orqanlarıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Ağdam rayonu erməni işğalından azad olunduğu üçün iddiaçı məcburi köçkün öz doğma yaşadığı yerə qayıtması dövlət proqramına aiddir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı Cavabdehnə qarşı “30 ildən artıq yaşadığı yaşayış evinə mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdehnə qarşı “30 ildən artıq yaşadığı yaşayış evinə mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1693/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1693/2023
02.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver