Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1697/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, xx xxxxxxxx 1965-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mərhum anası X8 xx xxxx 1935-ci ildə Ağdam rayonunda anadan olmuş və xx xxxxxx 2014-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir. X21 ömrünün sonlarına kimi ünvan 2 ünvanında yaşamışdır. Sözügedən mənzilə anasının adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi olmuşdur. Həmin mənzildə o, ailə üzvləri ilə birlikdə yaşamaqla bərabər, mənzilin bütün kommunal xərclərini də özü ödəmişdir. Anasının vəfatından sonra əmlakı faktiki olaraq qəbul etmiş və həmin miras əmlakdan təyinatına uyğun qaydada istifadə etməklə mirası idarə etmişdir. X6 sözügedən miras əmlakdan imtina etmiş və bu barədə notariat kontorunda ərizə də vermişdir. Hazırda miras əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Mingəçevir Regional “Asan xidmət” X5 müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum anası X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi faktiki qəbul etməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, uzun müddətdir ki Ərizəçi ilə qonşuluqda yaşayır. X1 qızları Məlahət və Sona ilə ünvan 1 ünvanında yaşamışdır. Zümrüd Məmmədova 2014-cü ildə vəfat etdikdən sonra miras əmlakdan Ərizəçi istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X10 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi və onun göstərdiyi halları təsdiq etdi. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X17, anası X8 olmaqla, xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 atası X17, anası X8 olmaqla, xx.xx.1962-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Sona Eyvaz qızı ilə xx.xx.1981-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, nikah bağlandıqdan sonra arvada Əzizli soyadı verilmişdir. İşdə olan Qeydiyyat Şəhadətnaməsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri Nizami prospekti 17/35 saylı evin, 8 saylı mənzili X4 adına qeyd edilmişdir. İşdə olan X13 Şöbəsi tərəfindən verilmiş AZ-İ 706443 nömrəli ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan X13 Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-289/15 nömrəli məktubdan görünür ki, X4 adına X13 şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli 669 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri Nizami prospekti 17/35 saylı evin, 8 saylı mənzil qeyd olunmuşdur. İşdə olan X13 Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-289/15 nömrəli arayışdan görünür ki, xx.xx.1935-ci il tarixdə Ağdam rayonunda anadan olmuş X8 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2020-ci ilədək həmin şəxsə dair yoxlama aparılmış və vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlarda əri X12 ölməsi, qızları X11 və Ərizəçi sağ olması aşkar edilmişdir. İşdə olan X16 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X4 ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etməmiş və bununla bağlı gələcəkdə iddia qaldırmayacaqdır. İşdə olan Mingəçevir şəhəri 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X8 ailə üzvü Ərizəçi ilə birlikdə 2014-cü ilədək Mingəçevir şəhəri Nizami prospekti 17/35 saylı evin, 8 saylı mənzilində yaşamışdır. Zümrüd Məmmədova xx.xx.2014-cü ildə vəfat etdikdən sonra sözügedən mənzildə qızı Ərizəçi yaşamış və bütün kommunal xidmət borclarını da ödəmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” X7 xx.xx.2020-ci il tarixli 1143 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidlərin ifadəsi və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 ərizəçinin anası olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1ndan qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri- formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi miras qalmış mənzildə 2014-cü ildən yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Beləliklə, məhkəmə işin faktiki hallarından çıxış edib və maddi hüquq normalarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, mirasın ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edildiyindən ərizə təmin edilməli, X3 miras qalmış Mingəçevir şəhər Nizami prospekti 17/35 saylı evin 8 saylı mənzilin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qanun üzrə vərəsə kimi xx xxxxxx 2014-cü ildə Mingəçevir şəhərində vəfat etmiş mərhum anası X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1697/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1697/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver