Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-17/2023 31.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 15L000002439 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 15L000002439SA saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 181 ay müddətinə, kredit xəttinin məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə ilə qaytarmaq şərti ilə 35000 manat məbləğində kredit görürmüşdür. Cavabdehlə bank arasında bağlanmış “Kredit müqaviləsi”-nin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli 015M**********01 saylı bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan ünvan 1 №-li fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə cavabdehin 34363.63 manat əsas borc, 8240.12 manat faiz borc və 9656.18 manat cərimə olmaqla, cəmi 52259.93 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015R********** kredit razılaşması və 015R**********S saylı sazişin ləğv edilməsi, kredit borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 30 manat pulun Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01706 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 5/21A saylı fərdi yaşayış evinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 30 manat pulun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka qoyulmuş torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə ilə qaytarmaq şərti ilə 35000 manat məbləğində kredit görürmüş, “Kredit müqaviləsi”-nin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan ünvan 1 №-li fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. 2020-ci ilin mart ayında baş vermiş pandemiya məhdudiyyətlərin tətbiq olunması sahibkar kimi Cavabdeh1 maddi vəziyyətini pis hala salmışdır. Karantin dövründə faizlər hesablanmamaq əvəzinə kredit müqaviləsinin sonunadək faizlər hesablanmışdır. Məhkəmə iş materialını araşdırıb, tərəfləri dinləyib təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 15L000002439 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açmağı, cavabdeh isə bankın verdiyi kreditlərdən yalnız müvafiq Kredit Razılaşmasında göstərilmiş məqsəd üçün istifadə etməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 15L000002439SA saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 181 ay müddətinə, kredit xəttinin məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə ilə qaytarmaq şərti ilə 35000 manat məbləğində kredit görürmüşdür. İşə 31 avqust 2020-ci il tarixli 015R**********S saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Saziş əlavə edilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* seriya nömrəli Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01706 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 5/21A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdən Cavabdeh1 adına qeydə alınmışdır. İşə əlavə edilmiş iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 015M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehlə bank arasında bağlanmış “Kredit müqaviləsi”-nin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 №-li fərdi yaşayış evi və 0.01706 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 22200.00 (iyirmi iki min iki yüz) manat təşkil edir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışdan görünür ki, ünvan 1 №-li fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək İddiaçı QSC Mingəçevir Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 34363.63 manat əsas borc, 8240.12 manat faiz borc və 9656.18 manat cərimə olmaqla, cəmi 52259.93 manat kredit borcu mövcuddur. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8755 №li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə İddiaçı QSC-nə olan borcu, əsas borc 34363.63 manat, faiz borcu 7078.91 manat məbləğində müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış razılaşma üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 razılaşma üzrə cərimə borcu hesablanmadı. İşə əlavə edilmiş DƏDK və Reyestri publik hüququ şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 14 dekabr 2022-ci il tarixli **********06 №-li daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyində göstərilir ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində 0.01706 ha torpaq sahəsində yerləşən 5/21A №-li fərdi yaşayış evinin bazar dəyəri 62400.00 (altmış iki min dörd yüz) manat təşkil edir. İşə əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İşə İddiaçı QSC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.4-cü maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddələrinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir), bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsi, sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsi, bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsi qaydasında bölüşdürülür. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 30 manat məbləğində pul iddiaçının xeyrinə Cavabdeh1 tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı Cavabdeh1 9656.18 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə borcalanın maddi imkanlarını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 300 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə sübut kimi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015R********** kredit razılaşması və 015R**********S saylı saziş ləğv edilməli, 34363.63 manat əsas borc, 7078.91 manat faiz borc və 300 manat cərimə olmaqla, cəmi 41742.54 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 30 manat pul Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməli, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında 0.01706 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 64.30 k.m yaşayış sahəsi, 34.76 k.m yardımçı sahə, 99.06 k.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməklə ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaitindən Cavabdeh1 banka olan borcu ödənilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində həmin evdən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və alıcıya təhvil verilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalıdır. Borcun ödənilməsindən sonra ipoteka predmeti olan əmlakların açıq hərracdan satılmasından qalan vəsait cavabdehlərə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 145 manat Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015R********** kredit razılaşması və 015R**********S saylı saziş ləğv edilsin. 34363.63 (otuz dörd min üç yüz altmış üç manat altmış üç qəpik) manat əsas borc, 7078.91 (yeddi min yetmiş səkkiz manat doxsan bir qəpik) manat faiz borc və 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 41742.54 (qırx bir min yeddi yüz qırx iki manat əlli dörd qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və xidmət haqqı kimi 30 (otuz) manat pul Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilsin. Tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ilkin satış qiyməti 62400 manat olan ünvan 1 ünvanında 0.01706 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 64.30 k.m yaşayış sahəsi, 34.76 k.m yardımçı sahə, 99.06 k.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməklə ipoteka predmeti açıq hərracdan satılsın. Satışdan əldə olunmuş pul vəsaitindən Cavabdeh1 banka olan borcu ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun. Borcun ödənilməsindən sonra ipoteka predmeti olan əmlakların açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında 0.01706 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 64.30 k.m yaşayış sahəsi, 34.76 k.m yardımçı sahə, 99.06 k.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evdən çıxarılsınlar, fərdi yaşayış evi boşaldılsın və alıcıya təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, X1 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-17/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-17/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver