Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1705/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, doğum tarixinin 18 avqust 1975-ci il olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 18 avqust 1975ci ildə Ağdam rayonun Novruzlu kəndində anadan olmuşdur. 07 sentyabr 2011-ci il tarixdə Ağdam RPŞ-dən şəxsiyyət vəsiqəsi alan zaman onun doğum tarixi 18 avqust 1976-cı il kimi qeyd edilmişdir. Onun bütün sənədlərində doğum tarixi 18 avqust 1975-ci ildir. Ancaq şəxsiyyət vəsiqəsindəki doğum tarixinə fikir verməmişdir. Doğum haqqında şəhadətnaməsi itdiyinə görə Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təkrar doğum haqqında şəhadətnamə almaq üçün müraciət edən zaman onun doğum akt qeydi ilə şəxsiyyət vəsiqəsindəki doğum tarixində ziddiyyət olması müəyyən edildi. Ona sənədlərdə uyğunsuzluq olduğundan təkrar doğum haqqında şəhadətnamə vermək mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşlər. Bu səbəbdən də məhkəməyə müracət etməli olub. 18 avqust 1975-ci ildə doğulması faktının başqa yolla müəyyən edə bilmir. Ona görə də onun 18 avqust 1975-ci ildə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun dayısı oğludur. Elnur, həqiqətən də, 18 avqust 1975-ci ildə doğulmuşdur. O, Elnurdan bir neçə yaş böyükdür. Bacı qardaşlarını da yaxından tanıyır, Elnurgil 2 bacı 4 qardaş olublar. Rəsmiyə 1966-cı ildə, Namiq 1968-ci ildə, Elnur 1975-ci ildə, Zaur 1977-ci ildə, Zamin 1981-ci ildə anadan olmuşlar. X2 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun qohumudur, bir kənddə yaşamışlar. Elnurgil 2 bacı 4 qardaşdırlar. Elnur 18 avqust 1975-ci ildə, onun qardaşı qızı Aytəkinlə bir ildə anadan olublar, bir sinifdə oxuyublar. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Elnur onun qardaşıdır, ancaq soyadları başqadır. 2 bacı 4 qardaşdılar. Böyük bacısı Rəsmiyə 1966-cı ildə, o özü 1968-ci ildə, Elnur 1975-ci ildə, Vəsilə 1973-cü ildə, Zaur 1977-ci ildə, Zamir isə 1981-ci ldə doğulmuşlar. Ərizəçi qardaşı Elnur həqiqətən 18 avqust 1975-ci ildə doğulubdur. İşə əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Ərizəçi 18.08.1975-ci ildə Ağdam rayonun Novruzlu kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Mingəçevir Regional “ASAN xidmət” X5nin Ərizəçi 05/Q-1098/15 saylı 22 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir Regional “ASAN xidmət” X5 tərəfindən tərtib olunmuş akt qeydinə əsasən doğum tarixi “xx.xx.1976-cı il” deyil, “18.08.1975-ci il” kimi qeyd edimişdir, ona görə də təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar üzrə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Ərizəçi 18 avqust 1975-ci ildə anadan olmuşdur. Lakin şəxsiyyət vəsiqəsində doğum tarixi 18 avqust 1976-cı il yazılmışdır. Ərizəçinin şəxsiyyət vəsiqəsində doğum tarixi 18 avqust 1975-ci il deyil, 18 avqust 1976-cı il yazıldığına, doğum tarixi ilə əlaqədar sənədlər arasında ziddiyyət olduğuna görə ərizəçiyə təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün hesab olunmamışdır. Məhkəmə iclasında ifadə vermiş şahidlər ifadələrində bildirdilər ki, Ərizəçi 18 avqust 1976-ci ildə deyil, 18 avqust 1975-ci ildə doğulmuşdur. Mingəçevir Regional “ASAN xidmət” X5nin imtina məktubunda da göstərilir ki, Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydinə əsasən ərizəçinin doğum tarixi xx.xx.1976-cı il deyil, 18.08.1975-ci il qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş doğum akt qeydində xx.xx.1976-ci ildə doğulacaq uşağın doğum qeydinin aparılması əsaslı və həqiqətə uyğun deyil. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi 18 avqust 1975-ci ildə doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 18 avqust 1975-ci ildə doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1705/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1705/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver