Məhkəmə qərarları › İş №2(051)-1721/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1721/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1721/2024 14.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X7 Mingəçevir şəhərində doğulması, X7 anasının Ərizəçi olması, atasının X9 olması faktının müəyyən edilməsi və X8 doğum haqqında şəhadətnamənin verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Ərizəçi X9 ilə xx.xx.2010-cu ildə Maraqlı şəxs tərəfindən rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahlarından 4 övladı dünyaya gəlmişdir. Birinci övladı xx.xx.2020-ci il təvəllüdlü X1 şəhərində ev şəraitində anadan olmuşdur. Həkimə müraciət etmədiklərindən hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. X2 doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Göründüyü kimi, X7 doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Qızına doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və xx.xx.2020-ci il tarixdə doğulmuş uşağın doğumunun qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Naizrlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün sənədlər təqdim edilməlidir. Göstərilənlərlə əlaqədar izah edikbh ki, doğum haqqında tibbi şəhadətnamə olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan Mingəçevir Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi qızı Mələk xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Ərizəçinin qızı doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi qızı X7 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğulmuş X7 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamədə ana qrafasında ana adı hissəsində Ərizəçi adı və ata qrafasında ata adı hissəsində X9 adı yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar