Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1724/2024 30.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətindən istifadə etməsinə yaranmış maneələrin aradan qaldırılması və yaşayış evinə köçürmə tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətindən istifadə etməsinə yaranmış maneələrin aradan qaldırılması və yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,084 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100,4 m2 olan fərdi yaşayış evindən istifadə etməsinə yaranmış maneənin aradan qaldırılması və yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu özüözünə etiraz etmişdir. Hüseynov Ələkbər Məmmədtağı oğluna münasibətdə özü-özünə etiraz baxılıb həll edilmiş, mülki iş baxılmaq üçün məhkəmənin hakimi, Paşayev Nemət Şirkət oğlunun icraatına verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu da özü-özünə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan Tağıyeva X1 Şəhər Məhkəməsində kuryer vəzifəsində çalışır. Güman edilə biləcək şübhələrin aradan qaldırılması məqsədi ilə hesab edir ki, özü-özünə etiraz etməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, özü-özünə etiraz məsələsi həll edilməsi üçün mülki iş Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz və ya özüözünə edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-in 19-cu maddəsində müəyyən edilmişdir. Özü-özünə etiraz ərizəsində hakimin özü-özünə etiraz etməsi üçün sözügedən maddədə göstərilən əsaslar zahirən mövcud olmasa da, məhkəmə aşağıdakı səbəblərdən özü-özünə etirazın baxılıb həll edilməsi üçün mülki işin apelyasiya məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, Tağıyeva X1 Şəhər Məhkəməsində kuryer vəzifəsində işləyir. Bu halda mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılması zahirən işə obyektiv baxılmasını şübhə altına ala bilər. Hakimin işin həllində hər hansı şəkildə marağı olmasa belə, Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işləyən Cavabdeh3 barədə mülki işin həllində maraqlı olması görüntüsü yarada bilər. Bu hal isə ədalətli məhkəmə araşdırılmasının nəticələrinə kölgə salar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətində Avropa Məhkəməsi) bir sıra qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» 24 fevral 1993-cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Hazırki işdə obyektiv test tətbiq edilməlidir. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə proses iştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Avropa Məhkəməsi Konvensiyanın bu normasının şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Avropa Məhkəməsi Belilos İsveçrəyə qarşı 29 aprel 1988-ci il tarixli qərarın 66-67-ci bəndlərində göstərmişdir ki, hüquq pozuntularının araşdırılması ilə məşğul olan yerli komissiya yeganə üzvdən-işlərə şəxsən baxan polis əməkdaşından ibarət idi. Baxmayaraq ki, o, hər hansı göstərişlərə tabe deyildi, vəzifəsinin icrasına başlayarkən and içmişdi və vəzifəsindən azad edilə bilməzdi. O, bu vəzifəsindən əlavə polis departamentinə qayıdaraq oradakı vəzifələrini də icra etməli idi. Onu öz rəhbərliyinə tabe olan və öz həmkarlarına rəğbət bəsləyən polis əməkdaşı hesab etmək olardı, bu isə məhkəmə orqanına qarşı inam hissinə xələl gətirə bilərdi. Beləliklə, komissiyanın təşkilati qərəzsizliyi barəsində əsaslı şübhələr vardı və o, 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermirdi. Məhkəmə Avropa Məhkəməsinin yuxarıda şərh olunan presednt hüququna istinad edərək bu nəticəyə gəlir ki, məhkəmədə kuryer vəzifəsində işləyən Cavabdeh3 tərəf olduğu mülki işə həmin məhkəmənin hakimi Paşayev Nemət Şirkət oğlu tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Hansı ki, sözügedən mülki işə baxan hakim, həmçinin məhkəmənin sədridir. Ona görə də məhkəmə araşdırmasının ədalətliliyi baxımından hakim özü-özünə etiraz etməli, etiraz baxılması üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməli və bunula da hakimin qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM-in) 19-cu maddəsində işə baxan hakimə etiraz etmək üçün əsaslar müəyyən edilmişdir. Həmin Məcəllənin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi, məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işləyən Cavabdeh3 barədə mülki işə həmin məhkəmənin hakimi tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Sözügedən mülki işə baxan hakim, həmçinin məhkəmənin sədridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etiraz baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 19, 22, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Mingəçevir Şəhər Məhkəməsinin sədri Paşayev Nemət Şirkət oğlunun özü-özünə etiraz ərizəsinə baxılması üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətindən istifadə etməsinə yaranmış maneələrin aradan qaldırılması və yaşayış evinə köçürmə tələbinə dair iddiası üzrə mülki işin materialları Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1724/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1724/2024
30.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver