Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1730/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X2, Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil Fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi, etibarnamə üzrə nümayəndəsi X7 Cavabdeh3 iştirakı ilə İddiaçı Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı 22 iyun 2004-cü il tarixli 264 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılması və mənzilin Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş, Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki B-108 nömrəli 3 otaqlı mənzilə dair 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnamənin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi Qaydası” ilə müəyyən edilmişdir. Məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsi həmin qərara uyğun olaraq Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş, yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə nəzarət edir. Son dövrdə aparılmış araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahəsindən təyinatı üzrə istifadə etmirlər. Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 412 mənzilli Yeni həyat qəsəbəsindəki B-108 nömrəli 3 otaqlı mənzili məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 istifadəsinə verilmişdir. Bununla bağlı Cavabdeh1 ilə 22 iyun 2004-cü il tarixli 264 nömrəli kirayə müqaviləsi bağlanmışdır. Lakin sonra araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər onların istifadəsinə verilmiş həmin mənzildə yaşamırlar. Kirayə müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki B-108 nömrəli 3 otaqlı mənzilin cavabdehlərin istifadəsinə verilməsi ilə əlaqədar bağlanmış 22 iyun 2004-cü il tarixli 264 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. İddiaçı Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil Fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi, etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclası zamanı iddianı müdafiə etdi və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi və bildirdi ki, həmin mənzildə yaşayır, sadəcə iş axtarmaq üçün Bakı şəhərinə getmişlər. Ev iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi sahibsiz və istifadəsiz deyil. Müntəzəm olaraq həmin mənzilə gedir və yaşayırlar. Üzrlü səbəbdən həmin evdə yaşamaları mümkün olmamışdır. Babasının dəfnini də həmin evdə etmişlər. Odur ki qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı ifadəsində bildirdi ki, 2022-ci ilin aprel-may aylarında sözügedən mənzilə baxış keçirmişdir. Həmin vaxt mənzildə yaşayışın olmadığının fərqinə varmış və bu faktı aktlaşdırmışlar. İş üzrə dindirilmiş digər şahid X4 məhkəmə iclası zamanı X1 ifadəsinə uyğun ifadə verdi və iddianın əsaslı olduğunu qeyd etdi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, obyektiv və hər tərəfli araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnaməsindən görünür ki, Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki B-108 nömrəli 3 otaqlı mənzili Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan 28 fevral 2022-ci il tarixli, 18 mart 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli aktlarda göstərilir ki, 412 mənzilli Yeni həyat qəsəbəsindəki B- 108 nömrəli ünvana baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə uzun müddətdir ki yaşayış yoxdur. İşdə olan “Gasrep” tərəfindən verilmiş Cavabdeh1 məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, Cavabdeh1 2022-ci ilin mart ayına qədər borcu 747.05 manat təşkil etmişdir. İşə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli, 18 mart 2022-ci il tarixli, 04 aprel 2022ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. İşdə olan 149982 saylı vəsiqədən görünür ki, Cavabdeh1 Mingəçevir ƏSMN tərəfindən ikinci qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki B-108 nömrəli 3 otaqlı mənzili şəhadətnaməyə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar və şahid ifadələri ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin olunması, habelə məhkəməyə verdiyi izahatında evdə olmamasının səbəbinin iş axtarması ilə bağlı Bakı şəhərində olması üzrlü səbəb hesab olunmalıdır. Belə olduğu halda şəxsin üzrlü səbəbdən 2022-ci ilin mart ayından, 2022-ci ilin iyun ayınadək sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnamənin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 22 iyun 2004-cü il tarixli 264 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə qısa müddətdə yaşamamalarının səbəbi cavabdehlərin iş axtarması ilə əlaqədar Bakı şəhərinə getməsi olmuşdur. Bu hal Cavabdeh3 izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması şəhadətnamənin ləğvi və cavabdehlərin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnamənin ləğv edilməsi və Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılması tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1730/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1730/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver