Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1735/2021 03.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, X3 katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 2500 manat kompensasiya verilməklə onların Mingəçevir şəhər K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzili onun mülkiyyətindədir. Həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Daşınmaz əmlakın Dövlət Reyestrindən RX №-li ******* №-li Çıxarış almışdır. Cavabdeh1 Vaqf qızı ilə 1993-cü ildə ailə qurmuşdur. Birgə nikahlarından cavabdehlər Samirə, Nərminə və Orxan adlı üç uşaqları olmuşdur. Cavabdeh1 ilə münasibətləri pisləşdiyindən 1999-cu ildən faktiki ayrılmışlar, lakin aralarında olan nikah 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh halhazırda faktiki Mingəçevir şəhəri H.Əliyev pr. 78 №-li evin 38 №-li mənzilində yaşayır. Digər cavabdehlər qızları Cavabdeh2 və Cavabdeh3 ailə qurmuşlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Cavabdeh1 ona məxsus mənzilə köçürülməsi ilə bağlı qətnamə olsa da mənzilə köçməmişdir. O, uzun illər Rusiya Federasiyasında yaşamış və ona məxsus mənzil istifadəsiz və baxımsız qalmışdır. Mənzildə yaşamaq mümkün olmaması səbəbindən satış qiyməti 14000 manat müəyyən olunmuşdur. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 2500 manat kompensasiya verilməklə onların Mingəçevir şəhər K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, 1993-cü ildə İddiaçılə ailə qurmuş və iddiaçının yaşadığı Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilinə köçmüşdür. Birgə nikahdan, həmin mənzildə yaşadıqları müddətdə Samirə, Nərminə və Orxan adlı 3 nəfər uşaqları olmuşdur. Sonra iddiaçı ilə münasibətləri pisləşmiş, ayrılmışlar. 2005-ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı və onun valideynləri onu uşaqları ilə birlikdə evdən çıxardılar. O, mənzilə köçürülmə ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Mingəçevir şəhər məhkəməsinin 23 may 2005-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, onun Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilinə köçürülməsi qət edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı və onun valideynləri onlara həmin mənzilə köçüb yaşamağa imkan vermədi. Sonra iddiaçı onun və uşaqların mübahisəli mənzildə istifadə hüquqları olmaması qənaətinə gələrək onun və uşaqları həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Mingəçevir şəhər polis şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati məhkəməsinə müraciət etmiş, məhkəmənin 03 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi mümkün sayılmamaışdır. İndi isə iddiaçı cüzi məbləğdə kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarının xitam verilməsini xahiş etmişdir. İddiaçının təklif etdiyi ümumilikdə 2500(iki min beş yüz) manat çox cüzidir. Onların başqa yaşayış sahəsi yoxdur ki, köçüb orada yaşasınlar. İddianın təmin olunamamsını xahiş edir. Cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh4 da məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verdilər və təklif olunan kompensasiya çox cüzi olduğuna, başqa yaşayış sahəsi olmadığına görə iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Kamran Hüseynov küçəsi ev 8, mənzil 2 tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 23 may 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilə köçürülməsi qət edilmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-743/2021 №-li 03 avqust 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Mingəçevir şəhər polis şöbəsinə qarşı üçüncü şəxslər Mahmudova Nərminə Mahmud qızı, Cavabdeh2 ızı, Cavabdeh1 və Cavabdeh4 Mingəçevir şəhəri K.Hüseynova küçəsi 8 №-li evin 2 №-li mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəsinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İşdə olan “Güvən Əmlak” Daşınmaz Əmlak Agentliyi tərəfindən verilmiş rəydə göstərilir ki, Mingəçevir şəhəri K.Hüseynova küçəsi 8 №-li evin 2 №-li mənzilin bazar dəyəri 14.000(on dörd min) manatdır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 225 №-li 22 oktyabr 2021-ci il tarixli rəydə göstərilir ki, Mingəçevir şəhərində 2 otaqlı mənzilin kirayə qiyməti 150-180 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh Səadət Məmmədova 1993-cü ildə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, iddiaçının yaşadığı Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilinə köçmüşdür. Onların birgə nikahından, həmin mənzildə yaşadıqları müddətdə 3 nəfər uşaqları- hazırkı iş üzrə digər cavabdehlər Samirə, Nərminə və Orxan adlı uşaqları olmuşdur. Sonradan iddiaçı ilə münasibətləi pisləşmiş, onlar mübahisələndirilən mənzildən çıxarılmışlar, iddiaçı 4 nəfər cavabdehə ümumilikdə 2500 manat kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “eyni mənzildə ailə üzvləri(və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) digərlərində isə yalnız yaşayış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi istifadə hüququna malik olan şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, o, bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya cavabdehlərin müəyyən müddət daxilində davamlı olaraq əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq üçün yetərli deyil. Təklif olunan kompensasiya ilə cavabdehlərin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi onların yaşayış sahəsindən istifadə hüquqularının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı ümumilikdə 2500 (iki min beş yüz) manat kompensasiya verilməklə Mingəçevir şəhər K.Hüseynov küçəsi 8 №-li evin 2 №-li mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1735/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1735/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver