Məhkəmə qərarları › İş №2(051)-1737/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1737/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1737/2021 10.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mərhum əri X1 miras qalmış Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzili onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə adlarına verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan tələblərini dəqiqləşdirərək mərhum əri X1 miras qalmış Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzili onun, uşaqlarıX12 və X10 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, əri Əmirov Abdulla Vilayət oğlu 07.02.2021-ci ildə vəfat etmişdir. Əri vəfat edəndən sonra ona məxsus olmuş Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzilini öz adına rəsmiləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsi veməkdən imtina edilmişdir. Ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərinin birinci növbə vərəsələri özü, oğlu Adəm və qızı Aysudur. Uşaqları ilə birgə həmin mənzildə yaşayır və bütün kommunal xərclərini ödəyir. Hazırda ərindən miras qalmış mənzili faktiki qəbul edib ona sahiblik edir. Ərindən miras qalmış əmlakı başqa yolla əldə edə bilmir. Ərizənin təmin olunmasını, əri X1 miras qalmış Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzili onun, uşaqlarıX12 və X10 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional Maraqlı şəxs ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızı qızıdır. Təbəssüm ailə üzvləri ilə birlikdə Bakı şəhəri Mir Cəlal küçəsi 109 №-li evin 105 №-li mənzilində yaşamışdır. Ərizəçinin əri Abdulla Əmirov 2021-ci ilin fevral ayında vəfat edib. Əri öləndən sonra da ərizəçi uşaqları Adəm və Aysu ilə birgə həmin mənzildə yaşayır. X3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Ərizəçinin əri Abdulla onun atasının dayısı oğludur. Abdulla Əmirov 2021-ci ilin fevral ayında vəfat edib. Abdulla Əmirov vəfat edəndən sonra da ərizəçi həmin mənzildə uşaqları ilə birgə yaşayır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzili Əmirov Abdulla Vilayət oğlunun adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 fevral 2021-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında 11 iyun 2005-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 203 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 noyabr 2005-ci il təvəllüdlü X10 və 17 sentyabr 2009-cu il təvəllüdlü Əmirli Adəm Abdulla oğlunun atası X6, anası Ərizəçidır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 17 avqust 2021-ci il tarixli 05/Q-533/15 №-li arayışdan görünür ki, X2 vərəsələri arvadı Ərizəçi qızı, oğlu X12 və qızı X8r. İşə əlavə olunmuş Mingəçevir Regional Maraqlı şəxs ofisinin xüsusi notariusunun ərizəçiyə 16 avqust 2021-ci il tarixli 1494 №-li cavab məktubundan görünür ki, mirasın qəbulu faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzili X2 mülkiyyətindədir. Mülkiyyətçi X6 07 fevral 2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi qızı miras qoyan Abdulla Əmirovun arvadı, Aysu və Adəm isə uşaqlarıdır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi uşaqları Adəm və Aysu ilə birlikdə ərindən miras qalmış mənzildən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X5 məxsus olan və miras qalmış Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzilinin miras əmlak kimi Ərizəçi və uşaqları X12 və X10 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal küçəsi, 109 №-li evin 105 №-li mənzilinin vərəsələr Ərizəçi, X12 və X10 tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar