Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1739/2021 26.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X15 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1958-ci ildə Goranboy rayonu Qarasüleymanlı kəndində doğulmuşdur. Ərizəçi mərhum X9 ilə 17 yanvar 1978-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 18.02.1980-ci il təvəllüdlü Samirə, 22.08.1981-ci il təvəllüdlü Aynurə, 25.09.1982-ci il təvəllüdlü Yeganə, 03.03.1985-ci il təvəllüdlü Mahmud və 26.07.1986-cı il təvəllüdlü Murad adlı uşaqları doğulmuşdur. 42 ildən artıq bir müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə yaşadıqları müddətdə, 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 saylı evin 29 saylı mənzilini, 2012-ci il tarixli Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi, qeyri yaşayış binası A ”Avtotəmir sexi”, qeyri yaşayış binası B ”Avtoyuma sexi” əldə etmişlər. X9 29 noyabr 2020-ci il tarixdə “Kəskin respirator çatmamazlıq” xəstəliyindən vəfat etmişdi. Mərhum ərinin ölümündən sonra birgə nikahları dövründə ədə etdikləri ərinin mülkiyyətində olan Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 saylı evin 29 saylı mənzili və ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi qeyri yaşayış binası ”Avtotəmir sexi”, ”Avtoyuma sexi” qalıb. Hazırda mənzil və qeyri yaşayış binası faktiki olaraq ərizəçinin sahibliyində və istifadəsindədir. Mərhum X9nun ərizəçi, X2, oğlanları X16 və X6 başqa digər vərəsəsi yoxdur. X2, oğlanları X16 və X19 atalarından, ərizəçinn ərindən miras qalmış əmlakdan ərizəçinin xeyrimə imtina etmə barədə ərizə vermişlər. Ərizəçi ərindən miras qalmış Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 saylı evin 29 saylı mənzili və ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi qeyri yaşayış binası ”Avtotəmir sexi”, ”Avtoyuma sexi”-ni adına rəsmiləşdirmək istəmiş, lakin ərizəçiyə bildirmişlər ki, Notariusa müraciət etmək lazımdır. Notariat Kontoruna müraciət etmiş, ərizəçiyə Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin 27 iyul 2021-ci il tarixli 1324 saylı məktubla imtina verildi və məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Ona görə də X7 miras qalmış Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 saylı evin 29 saylı mənzilini (00013 №li Qeydiyyat Vəsiqəsi) və ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi qeyri yaşayış binası ”Avtotəmir sexi”-ni qeyri yaşayış binası ”Avtoyuma sexi”-ni miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional Maraqlı şəxs ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirlmiş X17 ifadəsində göstərdi ki, 25 ildən çoxdur ki, Ərizəçi ilə qonşudur. Ərizəçi əri Rasim kişi ilə birlikdə Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 №-li evin 29 №-li mənzilində yaşayırdı. Rasim Rəsulov 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Ərinin ölümündən sonra da ərizəçi həmin mənzildə yaşamış və hazırda da orada yaşayır. Ərizəçi, həmçinin, ərinin mülkiyyətində olmuş 20 Yanvar küçəsi 22C ünvanda yerləşən əmlak kompleksinə gedib- gəldiyini görmüşdür. X1 məhkəmə iclasında ifadəsndə bildirdi ki, Ərizəçi ilə 20 ildən çoxdur ki, qonşudur. Həqiqətən də, ərizəçinin əri Rasim kişi öləndən sonra mənzilə ərizəçi sahiblik etmiş və halhazıradək həmin mənzildə yaşayır. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 №li evin, 29 №li mənzili mülkiyyət hüququ ilə X10 adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət 03.07.2012ci ildə mülkiyyət hüququ ilə X10 adına qeydə alınmışdır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Ərizəçi nikahı 17 yanvar 1978-ci ildə Bakı şəhər Əzizbəyov rayonu VVAQ şöbəsində 16 №-ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X18 29 noyabr 2020-ci ildə ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 09 aprel 1984-cü ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 12 oktyabr 1983-cü ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 06 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X10 vərəsələri həyat yoldaşı Ərizəçi, oğlanları X16, X19, qızları X12, X11 və X22 qızıdır. İşə əlavə edilmiş X16, X19, X4 notarial qaydada təstiq edilmiş ərizələrində ataları X10 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş, atalarından miras qalmış əmlakdan heç bir iddiaları olmaması, həmin əmlakdan pay istəməmələri göstərilmişdir. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 №li evin 29 №li mənzili, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi-qeyri yaşayış binası “Avtoyuma sexi” və “Avtotəmir sexi” X10 mülkiyyətindədir. Mülkiyyətçi X18 29 noyabr 2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi miras qoyan Rasim Rəsulovun arvadıdır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ərindən miras qalmış mənzildən və qeyri yaşayış obyekindən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X14 məxsus olan və miras qalmış Mingəçevir şəhəri, Şəhriyar küçəsi 4 №-li evin 29 №-li mənzili, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi-“Avtoyuma sexi” və “Avtotəmir sexi” miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X10 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri, Şəhriyar küçəsi 4 №-li evin 29 №-li mənzili, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi -“Avtoyuma sexi” və “Avtotəmir sexi” Ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1739/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1739/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver