Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1741/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi Ərizəçi: Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsinin idarə etməklə miras qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi və vəkili, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X5 ərizəçinin əri olmuşdur. Miras qoyan 2015-ci ildə vəfat etmişdir. Ərizəçi X2 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsi ayrılmışdır. Bağ sahəsi üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi imkanlardan istifadə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən miras əmlak ərizəçi tərəfindən faktiki qəbul olunmuş və idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ərizəçiyə Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun qızından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanım yoxdur. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, işdə olan “Azrezintexnika” İstehsalat birliyinin xx.xx.1987-ci il tarixli 06_399 saylı məktubdan görünür ki, Həmkarlar İttifaqı Komitəsi zavodun işçisi X3 yaşadığı ünvan 3 ünvanını həmin binanın 42 saylı mənzilinə dəyişməsini xahiş etmişdir. İşdə olan 01 noyabr 2017-ci il tarixli 66 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Ərizəçi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə kirayə müqaviləsi bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2015-cu il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsinə olan hüquq X3 adına keçirilmiş və X5 “Şəfəq” kollektivinə üzv qəbul olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 904 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, ünvan 1 ünvanı X5 tərəfindən zavod işçisi olduğu üçün Həmkarlar İttifaqi tərəfindən yaşamaq üçün verilmişdir. Həmçinin “Şəfəq” bağçılığı massivinində ayrılmış 500 kv.m bağ sahəsinə X3 hüququnu təsdiq edən hər hansı icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu əlavə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qaldığı iddia edilən Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsinin mərhum X4 məxsus olması rəsmiləşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəyə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Ərizəçinin kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanı isə 01 noyabr 2017-ci il tarixli kirayə müqaviləsinə əsasən kirayəçi məhz Ərizəçi özüdür. Yəni həmin sözü gedən mənzil ərizəsində göstərildiyi kimi X3 adına deyil ərizəçinin adına müqavilə bağlanmışdır. Belə olan halda, qanunvericiliyə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçi müstəqil şəkildə əmlakı öz adına özəlləşdirib xüsusi mülkiyyətinə keçirdə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin əmlak xüsusi təyinatlı yaşayış sahəsi olduğundan, həmçinin X3 mülkiyyətinə daxil olmadığından həmin mənzil miras əmlak kimi qəbul edilə bilməz. AR Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Mülki Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli qərarında və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında ehtiva olunmuş mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinin tələblərinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi əri X1 miras qaldığını iddia etdiyi Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 2 nömrəli evin 42 nömrəli mənzilinə və “Şəfəq” bağçılığı massivinində ayrılmış 500kv.m bağ sahəsinə X3 mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim olmadığından ərizəçi tərəfindən iddia edilən əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə rədd edilsin. X1 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivinində ayrılmış 500kv.m bağ sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1741/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1741/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver