Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1744/2020 05.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Dövlət X1rşı «Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda yaralanaraq 2-ci qrup Qarabağ müharibəsi əlili olaraq Sığorta pulunun hal hazıradək verilməməsi» tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlülüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət X1rşı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşərək yanvar 1994-cü il tarixdə yaralanaraq 2-ci qrup Qarabağ müharibəsi əlili kimi Sığorta pulunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Beləki, iddia ərizəsindən görünürki, cavabdeh Azərbaycan Dövlət X2 qeydiyyat yeri Bakı şəhəri İ.Dadaşov 260 ünvanıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 152.2, 152.4, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdeh Azərbaycan Dövlət X1rşı « Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda yaralanaraq 2-ci qrup Qarabağ müharibəsi əlili olaraq Sığorta pulunun hal hazıradək verilməməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1744/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1744/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver