Məhkəmə qərarları › İş №2(051)-1747/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1747/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1747/2021 03.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi əri X7 24.01.2018-ci il tarixdə vəfat etmişdir. Ontdan ünvan 1 ünvanda yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Həmin yaşayış evi 07.03.2012-ci il tarixdə ********** №li qeydiyyata alınmış və həyat yoldaşının adına ******* nömrəli Seriya MA olan Çıxarış verilmişdir. Malik Mehdiyev vəfat edənədək onlar birlikdə həmin yaşayış evində yaşayıblar. Onların birgə nikahdan üç qız övladları var. Qızları Firuzə, Natəvan və Pərvanə ailə həyatı qurmuşlar və hazırda ailələri ilə birlikdə müxtəlif ünvanda yaşayırlar. Ərizəçi isə miras əmlak hesab olunan qeyd edilən ünvandakı yaşayış evində yaşamaqda davam etmişdir. Ərinin vəfatından sonra daimi olaraq sözügedən yaşayış evində yaşayır. Evin saxlanması onun tərəfindən həyata keçirilmişdir. Ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmiş və hazırda həmin əmlaka faktiki sahiblik edir, idarəçiliyi və digər saxlanılma işlərini həyata keçirir. Ona görə ərizənin təmin olunmasını, mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.5 ha torpaq sahəsi və fərdi evin bütövlükdə Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional Maraqlı şəxs1 ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə gonşudur. Ərizəçinin əri ünvan 1 ünvanda mülkiyyətində olan torpaq sahəsində ev tikdirmişdi və birlikdə yaşayırdılar. Ərizəçi əri vəfat edəndən sonra da həmin evdə yaşayır və ərindən miras qalmış torpaq sahəsindən istifadə edir. X17 da məhkəmə iclasında şahid T.Süleymanovanın ifadəsinə uyğun ifadə verərək Ərizəçi ilə uzun müddətdir ki, qonşu olduqlarını, ərizəçi əri Malik Mehdiyevlə birlikdə ünvan 2 №li evdə yaşadıqlarını, ərinin ölümündən sonra da ərizəçinin həmin evdə yaşadığını bildirdi. Məhkəmə ərizəçini nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tərtər şəhər M.Ə.Sabir küçəsi 22 №li 0.5 ha torpaq sahəsində yerləşən fərdi ev 07.03.2012-ci ildə mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında 31.08.1977-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 63 №li ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24.01.2018-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-610/15 №li 12.10.2021-ci il tarixli arayışdan görünür ki, 01.11.1939-cu ildə Tərtr rayonunda anadan olmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 12.10.2021-ci ilədək aparılmış, arvadı xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi, qızı xx.xx.1981-ci il təvəllüdlü X8, qızı xx.xx.1980-ci il təvəllüdlü X9, qızı xx.xx.1978-ci il təvəllüdlü X10 olması barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun 1419 №li 09.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, X3 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İşə əlavə edilmiş X8, X9 və X5 notarial qaydada təsdiq edilmiş ərizələrində ataları X4 24.01.2018ci il tarixdə vəfat etməsi, atalarından miras qalmış əmlakdan heç bir iddiaları olmaması, həmin torpaqdan pay istəməmələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, ərizəçi Q.X1 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi əri X3 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və fərdi evə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X4 mülkiyyətində olmuş və miras kütləsinə daxil olan ünvan 2 ünvanda yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi ərindən qalmış mirasın bütövlükdə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X4 mülkiyyətində olmuş və mirasın kütləsinə daxil edilən ünvan 2 ünvanda yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evin miras əmlak kimi bütövlükdə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar