Məhkəmə qərarları › İş №2(051)-1751/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1751/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1751/2022 12.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum atası X5 miras qalmış buraxılış ili 1999-cu il olan, “QAZ 33021” markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 1968-ci ildə Ucar rayonunda anadan olmuşdur. Uzun müddət Belarus Respublikasında (Minsk vilayətində) yaşamış və işləmişdir. 12 aprel 2007-ci il tarixli Arayış-Qaimə ilə buraxılış ili 1999-cu il olan, QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsini almışdır. Elə həmin vaxtlar o, Azərbaycana qayıtmaq istədi və müəyyən əşyalarını ua özülə gətirmək istədi, bu səbəbdən həmin nəqliyyat vasitəsini atasının istifadəsinə verərək Azərbaycana göndərmək qərarına gəldi. 3 iyun 2007-ci ii tarixdə ******* seriya nömrəii Hesab-Arayışla, rəsmi qaydada həmin nəqliyyat vasitəsini atası X1. 9 iyun 2007-ci İl tarixdə atası X12 206070 nömrəli Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün Vəsiqə əsasında AR Gömrük Komitəsində rəsmiləşdirərək Azərbaycana gətirmişdir. 2007-ci ildən həmin nəqliyyat vasitəsini faktiki olaraq o, idarə etmişdir, lakin uzun məsafəyə sürməmişdir, rayonlararası idarə etməmiş, yalnız şəhərdaxili, məhəllələrarası yükdaşınmasında istifadə etmişdir. Bu səbəbdən həmin nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməmiş və nömrə də almamışdır. X4 adına dövlət qeydiyyatına aldırmamışdır. 3 avqust 2018-ci il tarixdə atası X2 yaranmış xəstəliklə bağlı vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə X10 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdi və həmin tarixdə V-195/2018 savlı vərəsəlik işi açıldı. xx.xx.2019-cu ildə o, (4/6 hissə) və digər vərəsələr Əliyev Vüsal (1/6 hissə) və Əliyeva Günaya (1/6 hissə) vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Elə həmin tarixdə adlarını qeyd etdiyi digər vərəsələr onun xeyrinə öz paylarından imtina edərək öz vərəsəlik paylarının ona bağışlanması haqqında müqavilə bağladılar. xx.xx.2021-ci il tarixdə mərhum atasının adına olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istədikdə Yevlax RQİ və TBŞ-dan onaə imtina etdilər və bildirdilər ki, vərəsəlik hüquq haqqında şəhadətnamə olmalıdır. Bundan sonra, o, X10 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdi və xx.xx.2022-ci il tarixində Notarius ona rəsmi imtina verdi və bildirdi ki, miras qoyanın hüquqmüəyyənedici sənədi olmadığı üçün məhz həmin nəqliyyat vasitəsinə vərəsəlik şəhadətnaməsi verə bilməyəcəklər. Sözügedən miras əmlak onun tərəfindən qəbul olunmuş və idarə olunur. O, artıq uzun müddətdir sözügedən mirası qəbul eləmiş və əmlak onun tərəfindən idarə olunur. Onun mərhum atasından miras qalmış əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Ona görə də mərhum atası X5 miras qalmış buraxılış ili 1999-cu il olan, “QAZ 33021” markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 03 avqust 2018-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Ərizəçi Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən ünvanlanmış 11 may 2022-ci il tarixli məktubdan görünür ki, X3 miras qalmış nəqliyyat vasitəsinə dair hüquqmüəyyənedici sənədi təqdim edə bilmədiyinə görə ona həmin nəqliyyat vasitəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İşə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, avtomobilin rəsmiləşdirilməsi üçün Məhkəmə orqanlarından mülkiyyət hüququnun tanınması barədə qərar və ya notariat ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınması məqsədə müvafiq bilinmişdir. İşə əlavə edilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X8 qanun üzrə vərəsəsidir. İşə əlavə edilmiş miras payının bağışlanması barədə müqavilədən görünür ki, hədiyyə verən X14 və X11 xx.xx.2018-ci ildə ölmüş X5 onlara qalmış mirası bütövlükdə digər miras şəriki olan Ərizəçi hədiyyə vermişlər. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi X8 oğludur. X15 vəfat etmiş və onun birinci növbə vərəsəsi isə oğlu Ərizəçidur. Həmçinin miras payının bağışlanması barədə müqavilədən görünür ki, hədiyyə verən X14 və X11 xx.xx.2018-ci ildə ölmüş X5 onlara qalmış mirası bütövlükdə digər miras şəriki olan Ərizəçi hədiyyə vermişlər. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X6 miras qalmış 1999-cu il olan, “QAZ 33021” markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X6 miras qalmış buraxılış ili 1999-cu il olan, “QAZ 33021” markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar