Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1759/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən özünün, yəni İddiaçı Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, X5 ilə xx.xx.2006-cı il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Məhəmməd, xx.xx.2009-ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Sözügedən yaşayış sahəsi o həmin evə gəlin köçdükdən sonra cavabdehin tam mülkiyyətinə keçmişdir. Belə ki 2006-cı ildə o həmin evə gəlin köçmüşdür, Sonradan evdə münaqişə yaranmış, onu döyərək evdən çıxarmışlar işdə olan sənədlərdən də göründüyü kimi 2010-cu il tarixdən tam olaraq cavabdehə satılmışdır. 15 sentyabr 2021-ci il tarixdən etibarən ailə münasibətləri pozulmuşdur. Boşanma üçün mediasiya prosesində iştirak etmişlər və aralarında razılıq vardır. Odur ki onun Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsini və istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin onunla əsaslandırmışdır ki, iddiaçı artıq sözügedən mənzildən istifadə etmir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olmasıonun istifadə hüququnun olmasıbarədə rəsmi sənəd mövcud deyil. Tərəflər arasında istifadə hüququnun yaranmasına əsas verən rəsmi sənəd də yoxdur. Şəxsin həmin evdə qeydiyyatda olması istifadə hüququnun yaranması üçün də əsas hesab olunmur. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və onun təmin edilməsi, ilkin iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ******* № Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdən Cavabdeh keçmişdir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Babək küçəsi 1-ci döngədə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 96.36 kv.m yaşayış, 40.09 kv.m köməkçi sahəsən ibarət 6 nömrəli yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrındə 1 nömrəli resyestr kitabında 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin X3 məxsus olan hissəsi Cavabdeh mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına keçmişdir. İş materiallarına əlavə edilmiş Aktdan görünür ki, İddiaçı bir neçə aydır ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə yaşamır. İş materiallarına əlavə edilmiş Aktdan görünür ki, X5 və İddiaçı 22 yanvar 2006-ci il tarixdə 14 saylı akt qeydi bağlamaqla Mingəçevir Nikah evində nikah bağlamışlar. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri xx.xx.2006-cı il tarixdən yaranmış, həmin vaxt iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdehin yaşadığı Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, həmin vaxt sözügedən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və X3 məxsus olmuşdur. Sonradan, yəni xx.xx.2010-cü ildə mənzilə tam mülkiyyət hüququ Cavabdeh keçmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. xx.xx.2021-ci il tarixdən isə həmin evdə yaşamır. İş materiallarından da göründüyü kimi, hazırki işlə bağlı yaranmış münasibətlər 2006cı ildən yaranmışdır. Belə olan halda həmin münasibətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. MPM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə məhkəmə ilkin iddia ilə bağlı göstərilənlərə yekun olaraq qiymət verir ki, hazırki iş üzrə iddiaçının sözügedən mənzilə istifadə hüququnu təsdiq edən hər hansı notarial qaydada təsdiq olunmuş sənəd olmadığından və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, istifadə hüququnun yaranmadığı əsası ilə iddiaçının fərdi yaşayış evinə köçürülməsi də mümkün deyildir. Belə olan halda iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, ilkin iddiaya münasibət zamanı müəyyən olundu ki, iddiaçının mənzilə istifadə hüququ yoxdur, belə olan halda hər hansı hüquq münasibəti olmadığı təqdirdə, mövcud olmayan hüquq münasibətinə xitam verilməsi qeyri-mümkündür. Odur ki, qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1759/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1759/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver