Məhkəmə qərarları › İş №2(051)-1768/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1768/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1768/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, vəkil Ömərov Çianşa İlyas oğlunun iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, əri X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. DƏDRX-nin **********10 reyestr №li, **********3 qeydiyyat №li xx.xx.2020-ci il tarixli Çıxarışına əsasən ünvan 1 B ünvanda 0.0250 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ əsasında Mustafayev Nadir Əhməd oğlunun adına resmiləşdirilmişdir. xx.xx.2003-cü il tarixdə X10 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikah dövründə əldə edilmiş bütün əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilir. O, birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində ev tikdirib orada yaşayır və əri vəfat etdikdən sonra faktiki orada yaşamaqla mirası qəbul etmişdir. Odur ki, ərizənin təmin olunmasını, əri X4 miras qalmış ünvan 1 B ünvanda 0.0250 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin vəkili Vəkil da məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Mustafayeva Roza Həbib qızı ilə gonşudur. Ərizəçinin əri Mingəçevir şəhəri 4-cü Bağ küçəsində mülkiyyətində olan torpaq sahəsində ev tikdirmiş, və birlikdə yaşayırdılar. Ərizəçi əri vəfat edəndən sonra da həmin evdə yaşayır və ərindən miras qalmış torpaq sahəsindən istifadə edir . X3 da məhkəmə iclasında şahid Q.Musayevanın ifadəsinə uyğun ifadə verərək ərizəçi ərinin ölümündən sonra da miras qalmış torpaq sahəsindən istifadə etdiyini bildirdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 B №li torpaq sahəsi xx.xx.2020-ci ildə mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X14 arasında xx.xx.2003-cü ildə Mingəçevir şəhər VVADQ şöbəsində 219 №li ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadın Mustafayeva soyadını qəbul etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayev Nadir Əhməd oğlu xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-366/15 №li xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci ildə Mingəçevir şəhərində anadan olmuş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış, arvadı xx.xx.1956-cıil təvəllüdlü Ərizəçi qızı, oğlu xx.xx.1973-cü il təvəllüdlü X12, qızı xx.xx.1974-cü il təvəllüdlü X7, oğlu xx.xx.1978-ci il təvəllüdlü X15, qızı xx.xx.1976-cı il təvəllüdlü X9, qızı xx.xx.1980-ci il təvəllüdlü X13 olması barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun 1454 №li xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, X4 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, ərizəçi R.X1 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi Ərizəçi əri X4 miras qalmış ünvan 2 B ünvanda torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X5 mülkiyyətində olmuş və miras kütləsinə daxil olan ünvan 2 B ünvanda torpaq sahəsinə ərizəçi Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi ərindən qalmış mirasın qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X5 mülkiyyətində olmuş və mirasın kütləsinə daxil edilən Mingəçevir şəhəri 4-cü Bağ 29 B ünvanda torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar