Məhkəmə qərarları › İş №2(051)-1796/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1796/2021

28.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1796/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onların azyaşlı uşağı X1 ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Şəhər XDS İK 12.12.1985-ci il tarixil, 409 saylı qərarına əsasən ona üç otaqdan ibarət yaşayış mənzilinə dair 14 dekabr 1985-ci il tarixli, 2952 saylı order verilmişdir və hazırda o, həmin mübahisəli mənzildə yaşayır. Mənzildə adları qeyd olunan ailə üzvlərindən cavabdehlər Cavabdeh1 Arif oğlu, Cavabdeh2 va onların azyaşlı qızı İbişova Vüsalə Vüqar qızı 1997-ci ildən mübahisəli mənzildə yaşamırlar. Hazırda həmin mənzildə o, X6, X17 oğlu, X8, X9 və İbişova Aynur Nadir qızı yaşayırlar. Cavabdehlər İbişov Vüqar Arif oğlu və İbişova Xəyalə Kərəm qızı 1997-ci ildən həmin mənzili tərk edib getmiş və bir daha geri qayıtmamışlar. Onlarla hər-hansı bir əlaqələri yoxdur. Göründüyü kimi 1997-ci ildən cavabdehlər ona məxsus olan Mingəcevir şəhəri, A.Məmmədov küçəsi ev 6/3, mənzil 35 ünvanında yerləşən yaşaşyış mənzilində yaşamamışdırlar. Hesab edir ki, ailənin keçmiş üzvlərinin 20 ildən artıq müddət ərzində ona məxsus olan həmin yaşayış mənzilindən çıxıb getməsi və bir daha geri qayıtmaması səbəbindən onlar mənzilə olan istifadə huquqlarını itirmişdirlər. Cavabdehlər uzun müddətdir ki, qeyd edilən mənzil sahəsində yaşamırlar. Bu barədə Mingəçevir şəhər 7 saylı MİS tərəfindən aktlar da tərtib olunmuşdur. Lakin evin orderində onların adları qeyd olunduğuna görə o, əlavə olaraq qaz, işıq, su və digər kommunal xərclərini onların əvəzinə ödəməyə məcbur qalır. Odur ki, məhkəmdən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməyərk bildirmişdir ki, iddiaçı onun anasıdır. Mübahisəli mənzildə iddiaçının günahı ucbatından yaşamırlar, yəni bir evdə dolanmaq mümkün olmadığı üçün məcburiyyətdən həmin mənzildən çıxmışdır. Hazırda Bakı şəhərində torpaq sahəsi almış və bir otaqlı mənzil tikib ailəsi ilə birlikdə orada yaşayır. Lakin həmin torpaq sahəsini və mənzilli sənədləşdirməyə maddi imkanları çatmır. İddiaçıya mənzildə olan payından imtina etmək müqabilində maddi cəhətdən yardım göstərməsini təklif etmiş, lakin iddiaçı imtina etdiyi üçün o da mənzildə olan payından hər hansı bir ailə üzvünün xeyrinə imtina edərək mənzilin özəlləşdirilməsinə etiraz etmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məliumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 7 saylı MİS tərəfindən verilmiş 08.01.2021-ci il, 08.02.2021-ci il və 17.05.2021-ci il tarixli aktlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X4 2000-ci il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə yaşamırlar. Bakı şəhərində yaşayırlar. İşdə olan 7 saylı MİS tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X4 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Mingəçevir Şəhər XDS İK 12.12.1985-ci il tarixil, 409 saylı qərarına əsasən verilmiş 14 dekabr 1985-ci il tarixdə İddiaçı Mehdi qızının adına verilmiş 2952 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya və onun ailə üzvüləri İbişov Arif Müseyib oğlunun, Cavabdeh1, X5 və İbişov Xəyyam Arif oğlunun istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçıının adına Mingəçevir Şəhər XDS İK 12.12.1985-ci il tarixil, 409 saylı qərarına əsasən 14 dekabr 1985-ci il tarixdə verilmiş, 2952 saylı order əsasında üç otaqdan ibarət mübahisəli mənzil iddiaçının və ailə üzvüləinin, o cümlədən Cavabdeh1 istifadəsinə verilmişdir. İddiaçı hazırda ailə üzvüləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, digər ailə üzvlərindən cavabdehlər Cavabdeh1 Arif oğlu, Cavabdeh2 2000ci ildən mübahisəli mənzildə yaşamırlar. Hazırda həmin mənzildə iddiaçı, X6, X17 oğlu, X8, X9 və İbişova Aynur Nadir qızı yaşayırlar. Hazırda da cavabdehlər iddiaçıya məxsus mənzildə deyil, Bakı şəhərində başqa yaşayış sahəsində yaşayırlar. Mübahisəli mənzil iddiaçının qanuni istifadəsindədir. Cavabdehlərin mübahisəli mənzilə qayıdıb yaşamaq fikirləri yoxdur. Cavabdeh1 könüllü olaraq müvafiq məbləğdə kompensasiya tələb edir, iddiaçı tərəf isə cavabdehin tələbini qəbul etmir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh1 doğulduğu vaxtdan, yəni xx.xx.1977–ci il tarixdən iddiaçının ailə üzvü kimi həmin mənzildə yaşamış və onunla birgə təsərrüfatı aparmış, hətta evlənən zaman toy şənliyi də mübahisəli mənzildə olmuşdur. Cavabdeh evləndiyinə və mübahisəli mənzildə sıxlıq olduğuna görə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və özünə başqa yaşayış sahəsi əldə etmişdir. Cavabdeh1 hazırda ailəsi ilə birlikdə Bakı şəhərində istifadəsində olan yaşayış sahəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı və onun ailə üzvüləri, o cümlədən Cavabdeh1 mübahisəli mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmişdir. Bu əsasla da iddiaçının və onun ailə üzvülərinin, o cümlədən Cavabdeh1 mübahisəli mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Bununla da Cavabdeh1 iddiaçının ailə üzvü kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququ əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 mübahisəli mənzili 14 dekabr 1985-ci il tarixdə 2952 saylı order əsasında əldə etdiklərindən, mübahisənin həllinə 01.10.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaşarasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvülərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1–ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1–ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil yaşayış orderi əsasında iddiaçının və onun ailə üzvülərinin, o cümlədən Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən, onların həmin mənzil üzərində mövcud olan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə yalnız Cavabdeh2 münasibətdə subyektiv hüquqa malikdir. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Cavabdeh1 mübahisəli mənzilin tərkib hissəsindən əmələ gəlmiş istifadə hüququ onun mübahisəli mənzil üzərində gözlənilən mülkiyyət hüququnun tərkib hissəsi olduğundan, həmin hüquqa məhdud əşya hüququ kimi deyil, mülkiyyətdən maneəsiz istifadə hüququ kimi baxılmalıdır. Belə olan halda həmin hüquqa (kompensasiya verilməklə və yaxud verilməməklə) xitam verilməsi, mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin, yəni subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun birbaşa pozulmasını ehtiva edir. Ona görə də Cavabdeh1 münasibətdə iddiaçının tələbi Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə ziddir. Bu da onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh1 mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Bu hal isə iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, Cavabdeh1 na münasibətdə iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur deyildir. Odur ki, iddia tələbi Cavabdeh1 na münasibətdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsi ilə bağlıilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən Cavabdeh2 iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh yaşayış sahəsinə ehtiyacı olduğuna görə iddiaçıya məxsus mənzilə köçürülməklə şəxsi ehtiyacını təmin etmişdir. Lakin sonradan mübahisəli mənzildə sıxlıq yarandığından, Cavabdeh2 öz mənzil şəraitini yaxşılaşdırmaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Bununla da cavabdehin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh2 istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi Cavabdeh2 münasibətdə kompensasiya verilmədən yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, Cavabdeh2 iddiaçının gəlinidir. Cavabdeh2 iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, 1997-ci il tarixdən həmin mənzildə yaşamır. Belə ki, Cavabdeh2 digər Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə mənzildən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar müəyyən edilməmişdir. Belə ki, cavabdeh öz istəyi ilə könüllü olaraq mənzil şəraitini yaxşılaşdırmaq üçün iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmək hüququnu həyata keçirməmişdir. Həmin hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə heç bir maneçilik törədilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, Cavabdeh2 iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, onun iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh2 tərəfindən pozulmaqdadır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 yetkinlik yaşına çatmamış uşağı İbişova Vüsalə Vüqar qızının istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd edir ki, İbişova Vüsalə Vüqar qızı 2008-ci ildə cavabdehlərin birgə nikahından doğulmuşdur. İşin müəyyən olunmuş halları ilə təsdiq edildi ki, cavabdehlər 2000-ci ildən mübahisəli mənzildə yaşamırlar. Belə olan halda yetkinlik yaşına çatmamış uşağın mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də, iddiaçı mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərin yetkinlik yaşına çatmamış uşağı İbişova Vüsalə Vüqar qızının istifadə hüququna xitam verilməsini tələb etmək üçün hüquqi ixtiyar əldə etməmiş, yəni iddiaçı yetkinlik yaşına çatmamış İbişova Vüsalə Vüqar qızının istifadə hüququna xitam verilməsi tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Eləcə də, yetkinlik yaşına çatmamış İbişova Vüsalə Vüqar qızının olmayan hüququna xitam verilməsindən söhbət gedə bilməz. Bu hal isə iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı qanuni istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, üç otaqlı mənzilin tərkib hissəsindən Cavabdeh2 istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar