Məhkəmə qərarları › İş №2(051)-1796/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1796/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1796/2023 18.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinə doğum tarixinin xx.xx.1952-ci il, doğum yerinin Gəncə şəhəri, ata adı qrafasına X5, ana qrafasına X3 yazılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.1978-ci ildə Maraqlı şəxsndə (q/n 307) nikaha daxil olaraq İbrahimova soyadını götürmüşdür. Anamın cari ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir “ASAN xidmət” mərkəzinə müraciəti zamanı doğum haqqında şəhadətnaməsinin elektron qaydada aşkarlanmadığı faktı üzə çıxmışdır. Bu barədə məlumat almaq üçün Maraqlı şəxsnə müraciət edilmiş, anam Mədətova (İbrahimova) Nəzakət Əsgər qızının doğum faktı haqqında məlumatların müəyyən edilməsi məqsədilə 1949-1955-ci illər üzrə ilkin və 1952-1970-ci illər üzrə bərpa akt qeydləri üzrə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bütün vətəndaşlıq vəziyyəti aktları ürə yoxlama aparılaraq doğum haqqında faktın aşkarlanmadığı cavabı verilmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X2 arasında xx.xx.1978-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikah bağlanmış və həmin nikah 307 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Mədətova (İbrahimova) Nəzakət Əsgər qızının doğum akt qeydi aşkar olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1952-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, atası X5, anası X4 olmaqla, xx xxxxxx 1952-ci il tarixdə Gəncə şəhərində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atası X5, anası X4 olmaqla, xx xxxxxx 1952-ci il tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar