Məhkəmə qərarları › İş №2(051)-1798/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1798/2023

16.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1798/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 Bəhman qızının iştirakı ilə İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4 qarşı 27 iyul 2004-cü il tarixli 81 nömrəli “şəhadətnamənin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki A-81 nömrəli 2 otaqlı mənzilə dair 27 iyul 2004-cü il tarixli 81 nömrəli Şəhadətnamənin ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4 və ailə üzvlərinin A-81 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və ailə üzvlərinə qarşı “şəhadətnaməninin ləğv edilməsi və mənzildən çıxarılması'' tələbi ilə bağlı bildiririk ki; Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası’ təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 27 iyul 2004-cü il tarixli “81" nömrəli şəhadətnaməyə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 412 mənzilli Yem həyat qəsəbəsində yerləşən A-81 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvilərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdirSahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə A-81 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 412 mənzilli Yem həyat qəsəbəsində yerləşən A-81 nömrəli 2 otaqlı mənzilinə dair 27 iyul 2004-cü il tarixli 81 nömrəli Şəhadətnamənin ləğv edilməsini və cavabdehlərin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olan şəxslərə, yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Bəhman qızı məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi və bildirdi ki, onlar iş ilə əlaqədar Siyəzəndə yaşayırlar, çünki şəhərdə iş yerləri yoxdur. Lakin mütəmadi olaraq həmin evə gedirlər və nəzarət edirlər. Onların başqa yaşayış yerləri yoxdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Lakin əvvəl ki məhkəmə iclasında Həsənov Müzəffəq Ağalar oğlu izahatında bildirdi ki, hazırda o, Bakı şəhərində təhsili ilə əlaqədar orada kirayə qalır və tətillərdə, bayramlarda özü gəlir qalır və kommunal ödənişlərini edir. Atası Cavabdeh1 Müzəffəq oğlu Sumqayıt şəhərində işləyir. Məhkəmədən iddia ərizəsinin təmin olunmamasını xahiş edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, obyektiv və hər tərəfli araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 27 iyun 2004-cü il tarixli 81 nömrəli şəhadətnamədən görünür ki, Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki A-81 nömrəli 2 otaqlı mənzilin verilməsinə dair Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan 15 sentyabr 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli aktlarda göstərilir ki, Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbədə A-81 nömrəli ünvana baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə uzun müddətdir ki yaşayış olmadığı göstərilsə də və cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətləri əlavə olunsa da, həmin məktubların cavabdehə göndərilməsini, mənzildə yaşayış olmadığına görə geri qaytarılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. İşdə olan Cavabdeh1 Müzəffəq oğluna məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, Cavabdeh1 Müzəffəq oğlunun 2022-ci ilin yanvar ayından dekabr ayınadək sərfin məbləği 3.60 manat, 2023-cü ilin yanvar ayından iyun ayınadək sərfin məbləği 0 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbədə A-81 nömrəli 2 otaqlı mənzil kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında iştirak etməsi, habelə məhkəməyə verdikləri izahatlardan iş və təhsillə əlaqədar həmin evə yalnız mütəmadıolaraq gedib gəlirlər. Belə olduğu halda şəxsin üzrlü səbəbdən sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 27 iyun 2004-cü il tarixli 81 nömrəli şəhadətnamədən və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 27 iyul 2004-cü il tarixli 81 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə qısa müddətdə yaşamamalarının səbəbi ailənin müxtəlif səbəblərdən, yəni işləmələri və təhsil almaları olmuşdur. Bu hal cavabdehlərin izahatlarında öz təsdiqini tapmışdır. Cavabdehlərin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması şəhadətnamənin ləğvi və cavabdehlərin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 qarşı 27 iyun 2004cü il tarixli 81 nömrəli şəhadətnamənin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılması tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar