Məhkəmə qərarları › İş №2(051)-1800/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1800/2023

03.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1800/2023 03.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh 20 dekabr 2015-ci il tarixli “10/30” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 594 mənzili yeni yaşayış kompleksindəki 10 saylı binada yerləşən 30 nömrəli 1 otaqlı mənzilə dair 20 dekabr 2015-ci il tarixli 10/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və Cavabdeh və ailə üzvlərinin 10/30 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 dekabr 2015-ci il tarixli “10/30” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Polad qızı və Nağıyeva X5 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzili yaşayış kompleksində bina 10-da yerləşən 30 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Müqavilədə adı qeyd edilən Cavabdeh Polad qızı 14 mart 2020-ci ildə vəfat etmişdir. Sahə rəisi tərəfindən Cavabdeh 30 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Ona görə də məhkəmədən Cavabdeh müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 594 mənzili yeni yaşayış kompleksindəki 10 saylı binada yerləşən 30 nömrəli 1 otaqlı mənzilə dair 20 dekabr 2015-ci il tarixli 10/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və Cavabdeh və ailə üzvlərinin 10/30 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi, etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi o, Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə” dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmış və iddia ərizəsində, məcburi köçkün kimi ona və məhkəmə qərarı ilə onu övladlığa götürmüş mərhumə Cavabdeh Polad qızına dövlət tərəfindən qanuni əsaslarla verilmiş ünvan 1 ünvanda yerləşən məznildən məcburi çıxarılmağı barədə qətnamə çıxarılamasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin bu iddiası çox ədalətsiz və onun bir gənc kimi və məcburi köçkün ailəsinin üzvü kimi hüquqlarının kobud surətdə pozulması deməkdir. Belə ki, onu övladlığa götürən, mərhumə Cavabdeh Polad qızının məhkəməyə müraciəti əsasında, onu hazırki iş üzrə cavabdeh, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh 10 mart 2015-ci il tarixli, iş № 2(13)-540/2015 saylı Ağdam rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh Polad qızına övladlığa verilmişdir. Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən isə Cavabdeh Polad qızına onu xx xxxx 2003-cü il tarixdə övladlığa götürülməyiylə bağlı AZ-İ № 012570 saylı “övladlığa götürülmə haqqında şəhadətnamə” verilmişdir. Məhkəmə qətnaməsindən çox əvvəl faktiki olaraq və məhkəmə qətnaməsindən sonra isə rəsmi olaraq mərhumə Cavabdeh Polad qızının himayəsində olmaqla, ünvan 1 ünvanda yaşamış və onunla birlikdə övladı kimi onun qayğısına qalmış və ona gücü çatan bütün köməkliyi etməklə ehtiyaclarını təmin etmiş və övladı kimi dünyasını dəyişənədək qayğısına qalmaqla ona baxmışdır. Cavabdeh Polad qızı 09 mart 2020-ci il tarixdə vəfat etmişdir və onun adına Mingəçevir ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 14 mart 2003-cü il tarixdə 165 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumə Cavabdeh Polad qızının bütün dəfn xərclərini və qəbirüstü xərclərini o və digər yaxın qohumları çəkmişdir. Mərhumə Cavabdeh Polad qızı vəfat etdikdən sonra o həmin mübahisə olunan mənzildə yaşamağa müntəzəm olaraq davam etmiş və bu gün də həmin mənzildə yaşayır və həmin mənzildə bütün ev əşyaları və digər avadanlıqları vardır. O həmin mənzildə fasiləsiz yaşayır və bundan sonra da yaşayacaq. Bu onun da bir Azərbaycan Respublikası vətəndaşı kimi Konistitusion hüququ və haqqıdır və bir gənc vətəndaş kimi və məcburi köçkün kimi həmin mənzil qanuni əsaslarla onundur. Onu da qeyd edir ki, o Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı tam orta məktəbini 2018-ci ildə bitirmişdir. Həmçinin 2022-ci ildə X2 “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili Tibbi işçisi” ixtisası üzrə bitirmişdir. Qeyd olunan mənzildə yaşamaq və ixtisasına uyğun işdə işləməklə xalqına xidmət edəcək. Beləliklə qeyd edir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və onun Mingəçevir şəhərində yerləşən şöbəsi o Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə” dair tələbi hesab edir ki, əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və onun Mingəçevir şəhərində yerləşən şöbəsinin səlahiyyətli nümayəndələri istəyirlər ki, məhkəmə qaydasında saxtalaşdırılmış sübutlarla mübahisə olunan və onun hal-hazırda istifadəsində olan və yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilini zorla alıb öz şəxsi maraqları əsasında digər şəxslərə versinlər və maddi gəlir əldə etsinlər. Ona görə də Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin iddiası ilə razı deyil və iddia ərizəsinə qəti şəkildə etiraz edir. Məhkəmədən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin o Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə” dair iddiasına qəti etiraz edir və həmin iddianın bütünlüklə rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, obyektiv və hər tərəfli araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan 10/30 nömrəli 20 dekabr 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh Polad qızına Mingəçevir şəhər 10 nömrəli evdə, 30 nömrəli mənzildə yerləşən mənzil fonduna aid ümumi sahəsi 45,46 kv.metrdən yaşayış sahəsi 17,30 kv.metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçinin ailə üzvləri: Cavabdeh- nəvəsi. İşdə olan AZ-İ seriyalı, 012570 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2003-cü ildə Ağdam rayon Xıdırlı kəndində doğulmuş Cavabdeh Polad qızı tərəfindən övladlığa götürülmüş və ona Nağıyeva soyadı, Rəna adı, Bəhrəm ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 2015-ci ilin aprel ayının 11-ci günündə 08 № ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 080026 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Polad qızı 09 mart 2020-ci ildə ölmüşdür. İşdə olan Ağdam rayon Məhkəməsinin 2(13)-540/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi- Cavabdeh Polad qızının, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh övladlığa götürməsi barədə xahişinin təmin edilməsi və Cavabdeh Bəhram qızı ərizəçi Cavabdeh Polad qızına övladlığa verilməsi qət edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş sübutlar mötəbər deyildir. Belə ki, qazın işlədilib-işlədilməməsi şəxsi mənzildən çıxarmaya əsas ola verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdeh məcburi köçkündür. ünvan 2 ünvanda yerləşən mənzil müqaviləyə əsasən cavabdehin nənəsinin istifadəsinə verilmişdir. Həmin vaxt cavabdeh nənəsinin himayəsində olmuşdur. Sonradan cavabdehin nənəsi 09 mart 2020-ci ildə ölmüşdür. Hazırda mənzil cavabdehin istifadəsindədir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, sözü gedən mənzilə baxış keçirilən zaman cavabdehin evdə olduğu aşkarlanmış, həmçinin evdə olan soyuducuya baxış keçirilmiş, soyuducunun içərisində kifayət qədər ərzaq qidalarının olduğu və mənzilə ümumi baxış nəticəsində yaşayış üçün hər cür şəraitin olması da aşkar edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh tələbədir. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh dərsləri ilə məşğul olur, demək olar ki vaxtlarının çox hissəsi təhsil müəssisəsində keçir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlərin evdə olmaması üçün üzrlü səbəb hesab olunmalıdır. Belə olduğu halda şəxsin üzrlü səbəbdən sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 20 dekabr 2015-cü il tarixli 10/30 nömrəli kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində qeyd edilən kimi göstərilən cavabdehlərin həmin mənzildə yaşamamasını sübutetmə yükü iddiaçının, lakin həmin etiraf etdikləri halda uzun müddət yaşadıqlarını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə müəyyən olunmuş bu hallara əsaslanaraq, cavabdehin izahatında göstərdiklərini, həmçinin yerində baxış keçirildikdən sonra gəldiyi qənaətə əsasən iddiaçı tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 22 iyun 2004-cü il tarixli 264 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh mənzildə qısa müddətdə yaşamamasının səbəbi onların təhsili ilə məşğul olması, həmçinin mənzilə baxış keçirilən zaman iddiaçının qeyd etdiyi kimi həmin mənzildə uzun müddət yaşayış olmadığı kimi iddiaları hər hansı mötəbər sübutla öz əksini tapmamışdır. Bu hal isə cavabdehin izahatı və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması müqavilənin ləğvi və cavabdehin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 20 dekabr 2015-ci il tarixli “10/30” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar