Məhkəmə qərarları › İş №2(051)-1801/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1801/2021

18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1801/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X4 kitabında 21.02.2012-ci il tarixdə 9665 nömrə ilə uçota alınmış 389758A saylı torpaq sahəsinin plan və ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1947-ci ildə Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olmuş və hal-hazırda Mingəçevir şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Oğuz şəhərində yerləşən, oğlu X3 adına olan fərdi yaşayış evini 24 yanvar 2005-ci il tarixli 236688 nömrəli notariat qaydada təsdiq olunmuş müqavilə əsasında X1. Onlar həmin evi satan zaman evin həyətyanı torpaq sahəsinə onlara məlum olmayan səbəbdən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmamışdır. Sonradan həmin həyətyanı torpaq sahəsinə onun adına X4 kitabında 21.02.2012-ci il tarixdə 9665 nömrə ilə uçota alınmış 389758A nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair sənəd tərtib edilmişdir. Lakin 389758 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində onun atasının adı Sərkər əvəzinə səhvən Məhəmməd kimi yazılmışdır. Bu yaxınlarda o, həmin 0.06 ha həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsini Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. İdarədən 0.06 ha həyətyanı torpaq sahəsinə dair onun adına tərtib edilmiş, X4 kitabında 21.02.2012-ci il tarixdə 9665 nömrə ilə uçota alınmış 389758A saylı torpaq sahəsinin planı və ölçüsü sənədində ata adının səhv yazıldığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin 18.11.2021-ci il tarixdə ərizəçinin nümayəndəsi (vəkil) Xudiyev Araz Sadəddin oğlu məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Oğuz şəhərində yerləşən 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, Ərizəçi ata adı “Ərizəçi Məhəmməd qızı” kimi yazılmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Oğuz rayonu, Başdaşağıl kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli **********73 saylı məktubundan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Oğuz şəhərində yerləşən 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair sənəd tərtib edilmişdir. Lakin həmin sənəddə Ərizəçi ata adı səhvən “Məhəmməd” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Oğuz şəhərində yerləşən 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair sənəd ərizəçiyə məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Məhəmməd qızı” ata adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair çıxarış alması üçün zəruridir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Oğuz şəhərində yerləşən 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair sənəd hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Oğuz şəhərində yerləşən 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair sənəd ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. X4 kitabında 21.02.2012-ci il tarixdə 9665 nömrə ilə qeydiyyata alınmış, Oğuz şəhərində yerləşən, 599.47 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsünə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar