Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1801/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə İddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 10 aprel 2016-cı il tarixli 72 nömrəli “şəhadətnamənin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldıraraq Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsində ki, A-72 nömrəli 1 otaqlı mənzilə dair 10 aprel 2016-cı il tarixli 72 nömrəli Şəhdaətnamənin ləğv edilməsini Cavabdeh və ailə üzvlərinin A-72 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh və ailə üzvlərinə qarşı “şəhadətnaməninin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı bildiririk ki: Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasftəsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 10 aprel 2016-cı il tarixli “72" nömrəli Şəhadətnaməyə əsasən, məcburi köçkün Cavabdeh ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 412 mənzilli Yeni həyat qəsəbəsində yerləşən A-72 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh və ailə üzvilərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə Azərişıq və Azərsudan abonentin sərfiyə göstəriciləri və akt əlavə olunur). Şəhadətnamədə adı qeyd edilən X4 25 aprel 2018-ci ildə vəfat etmişdir. Sahə rəisi tərəfindən Cavabdeh və ailə üzvlərinə A-72 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Ona görə də iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində 412 mənzilli Yeni həyat qəsəbəsində ki, A-72 nömrəli 1 otaqlı mənzilə dair 10 aprel 2016-cı il tarixli 72 nömrəli Şəhadətnamənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi və bildirdi ki, həmin mənzildə qızı yaşayıb, qızı hazırda ailə qurub və ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır. Qızı mübahisəli mənzilə arada gedib gəlir. Öz oğlunu evləndirib həmin evə köçürəcəkdir. Çünki onlara verilən mənzil iki otaqlıdı. Onlara öz torpaqlarına köçənə kimi möhlət verilməsini xahiş edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçınının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 10 aprel 2016-cı il tarixli 79 nömrəli şəhadətnaməsindən görünür ki, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi A-72 ünvanda yerləşən 3 sot torpaq sahəsi olan 1 otaqlı ev X3 və onun ailə üzvü olan Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cı il tarixli 79 nömrəli şəhadətnaməsindən görünür ki, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi A-79 ünvanda yerləşən 3 sot torpaq sahəsi olan 2 otaqlı ev Seymur Nəbiyevə və onun ailə üzvü olan Ruhiyyə Cəfərovaya, Anar Nəbiyev və Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan “Azərsu” abonent kartından görünür ki, Cavabdeh istifadəsində və sahibliyində olan mənzilə 2022-ci il üzrə yekun borc 6,54 manat borc hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, X3 məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, 2023-cü ilin qaz sərfiyyatı 16,68 manat təşkil etmişdir. İşə əlavə olunmuş 15 sentyabr 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş sənəddən görünür ki, Cavabdeh evlidir, X6 ilə ailə qurmuş, soyadı Hüseynzadə olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdeh məcburi köçkündür. Mingəçevir şəhəri 412 mənzilli qəsəbədə yerləşən A-72 №-li 1 otaqlı mənzili şəhadətnaməyə əsasən cavabdehin istifadəsinə verilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş mənzildə üzrsüz səbəbdən yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman evdə olmamaları, cavabdehin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları, dövlət tərəfindən onların istifadəsinə müvəqqəti verilmiş mənzildən təyinatı üzrə istifadə etməməsi barədə tərtib edilmiş müxtəlif tarixli aktlarla və xəbərdarlıqlar tərtib edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin qızının ailə qurduğunu və Bərdə şəhərində yaşamasını, arada həmin mübahisəli evə gəlməsini bildirdi və iddianın əsassız olduğuna dair heç bir mötəbər süutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 10 aprel 2016-cı il tarixli, 72 saylı şəhadətnamənin şərtlərinə əsasən MK-nin vəzifələri bunlardır: MK-ə yaşayış yerini satmağa, dəyişdirməyə, özgəninkiləşdirməyə, girov qoymağa habelə başqasına icarəyə verməyə heç bir hüquq vermir; habelə MK ailəsi ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və ya yaşayış yerini 6 aydan çox üzürlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh qeyd edilən xüsusi təyinatlı mənzildə artıq uzun müddətdir ki, yaşamır. Bu hal müqavilədə adı qeyd edilmiş Cavabdeh həmin mənzildə uzun müddət, yaşamaması aktlarla və iş materialların əlavə edilmiş sənədlərlə, həmçinin işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Sözü gedən mənzilə baxış zamanı həqiqətən də mənzildə heç kəsin yaşamaması müəyyən edilmişdir. Belə olan halda qeyd olunan şəxsin müqavilənin tərkib hissəsinə əməl etmədiyindən və mövcud qanunvericiliyə əsasən həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Belə ki, AR Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə yekun olaraq qeyd edir ki, həm qanunvericiliyin tələbinə əsasən kirayəçilər müəyyən olunmuş müddətdən yəni 6 aydan artıq müddətdə mənzildə yaşamaması halı müqavilənin ləğv edilməsinə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilən halların heç biri mövcud deyildir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. İddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 10 aprel 2016-cı il tarixli 72 nömrəli şəhadətnamə ləğv edilsin, Cavabdeh mənzildən çıxarılsın və mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1801/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1801/2023
16.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver