Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1802/2020 18.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Şəfiyeva Könül Səməd qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun 1983-cü ildə Sovet Azərbaycanın 60 lliyi adına Xankəndi (Stepanakert) pedoqoji institutuna daxil olaraq 1987-ci ildə həmin institutun “ibtidai təhsil pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirərək ali təhsil alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxx 1960-cı ildə Kəlbəcər rayonun Bağlıpəyə kəndində anadan olmuşdur. 1968-ci ildə 8 illik Kəlbəcər rayonun Bağlıpəyə kənd məktəbinin 1-ci sifinə getmiş və 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Kəlbəcər rayon 2 nömrəli orta məktəbin 9-cu sinfinə qəbul olunmuş və 1978-ci ildə həmin məktəbi bitirmişdir. Bundan sonra, yəni 1983-cü ildə Sovet Azərbaycanın 60 illiyi adına Xankəndi (Stepanakert) Pedoqoji İnstituna daxil olmuş və 1987-ci ildə həmin institutun “ibtidai təhsil pedoqokikası və metodikası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. Bu barədə ona 068382 nömrəli diplom təqdim olunmuşdur. Bundan sonra o, Kəlbəcər rayonunda müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləmişdir. O, 1987-ci ildə X11 ilə ailə qurmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. X12 1992-ci ildə rəhmətə getmişdir. Ermənilərin xalqımıza qarşı yürütdüyü mənfur siyasət nəticəsində onlar doğma yurdlarından məcburi köçkün kimi gələrək Mingəçevir şəhərində məskunlaşıb yaşayırlar. Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə “biologiya-texnologiya” fənni üzrə müəllimə işləyir. Lakin, diplomunun əsl Kəlbəcərdə qaldığına görə müəllimə işlədiyi məktəbdən onun ali təhsil almağını təsdiq edən sənəd tələb olunur. Bundan sonra o, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına müraciət edərək, diplomunu təsdiq olunmuş surətini tələb etmişdir. Lakin, arxiv idarəsindən ona X5 arxiv sənədlərinin filiala mühafizə edilmək üçün təhvil verilmədiyi bildirilmişdir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. o, bu faktı başqa qaydada təsdiq edə bilmir. Ona görə də, onun 1983-cü ildə Sovet Azərbaycanın 60 illiyi adına Xankəndi (Stepanakert) pedoqoji institutuna daxil olaraq 1987-ci ildə həmin institutun “ibtidai təhsil pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirərək ali təhsil alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi – vəkili anlarov Ramil Mikayıl oğlu məhkəmə iclasında ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəçinin izahatına uyğun ifadə verərək göstərmişdir ki, ərizəçi onun iş yoldaşı olub. O, X7 təhsil alıb. Orta məktəbdə Biologiya müəllimi kimi işləyir. X4 X3nun ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, o, Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə direktor müavini işləyir. Ərizəçi də həmin məktəbdə hal-hazırda Biologiya müəllimi kimi işləyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Kəlbəcər rayon 118 saylı tam orta məktəbin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş AR Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsinin xx.xx.2020-ci il tarixli 775 saylı arayışından görünür ki, Ərizəçi erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış və hal-hazırda Az Dres qəsəbəsi C.Əliyev küçəsi ev 26 mənzil 29 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş 068382 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi 1983-cü ildə Sovet Azərbaycanının 60 illiyi adına X1 daxil olmuş və 1987-ci ildə həmin institutun İbtidai təhsil pedoqokikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. İşə əlavə olunmuş AR Təhsil Nazirliyi Kəlbəcər rayon Təhsil şöbəsi 118 saylı orta məktəbin xx.xx.1999-cu il tarixli arayışından görünür ki, Ərizəçi Sovet Azərbaycanının 60 illiyi adına X2 bitirdikdən sonra Kəlbəcər rayonunun müxtəlif kəndlərində ibtidai sinif müəllimi kimi işləmişdir. İşə əlavə olunmuş Kəlbəcər rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli arayışından görünür ki, Ərizəçi 1993-cü il aprel ayının əvvəlləridə Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində öz doğma elobasindan məcburi köçkün düşmüşdür. Həyat yoldaşı X11 1992-ci ildə vəfat etmiş, vəfat edənə qədər Kəlbəcər rayounun Bağlıpəyə kəndində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1983-cü ildə Sovet Azərbaycanın 60 illiyi adına Xankəndi (Stepanakert) pedoqoji institutuna daxil olaraq 1987-ci ildə həmin institutun “ibtidai təhsil pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirərək ali təhsil alması faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında bu halı təkzib edən heç bir əsasın olması müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlər və şahid ifadələri ilə sözügedən faktın müəyyən olunması öz əksini tapmışdır. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi 1983-cü ildə Sovet Azərbaycanın 60 illiyi adına Xankəndi (Stepanakert) pedoqoji institutuna daxil olaraq 1987-ci ildə həmin institutun “ibtidai təhsil pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirərək ali təhsil alması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1802/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1802/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver