Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1806/2025 06.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin satılaraq payının verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin satılaraq payının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildə anası mənzili bütövlükdə ona bağışlamışdır. Valideynləri dünyasını dəyişəndən sonra qardaşları bildirmişlər ki, ona iki otaqlı mənzil alacaqlar. Qardaşları vədlərinə əməl etməmişlər. 2010-cu ildə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh 2 otaqlı mənzil almaq barədə vəd verib. Lakin bu günə qədər həmin vədə əməl olunmayıb. Cavabdeh 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Sonra 2016-cı ildə X5 Məhkəməsinə ərizə ilə müraciət etmişdir. O, 2010, 2011 və 2012-ci il qətnamələrini təqdim etmişdir. Hakim qarşı tərəfin iddiasını rədd etmişdir. Cavabdeh iddiası təmin edilməmişdir. Ondan sonra inzibati və apellyasiya məhkəmələri xeyirlərinə qərar çıxarmışdır. Ərizəçi İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin əsassız olduğunu, rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərkən müəyyən etmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar göstərilməmişdir. Eyni zamanda ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Eyni zamanda məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, satılaraq payının verilməsi istinad olunan mənzil cavabdehin mülkiyyətindədir. İddiaçının həmin mənzilə istifadə hüququ var. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 207/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-786/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-207/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsinə əsasən Cavabdehlər İddiaçı və X2 qarşı mənzildən istifadə hüququnun tanınmaması tələbinə dair ilkin iddiası təmin edilməmiş, İddiaçı X1 Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(107)-88/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən Cavabdeh İddiaçı qeydiyyatdan çıxarılması barədə verilmiş iddiası üzrə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-316/2020 saylı qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinə köçürülməsinə qarşı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 18 yanvar 2008-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına iddiaçı və cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xitam verilmişdir. Bununla belə iddiaçı ərizədə iddianın predmetini qeyd etməsə də verilmiş izahat və təqdim olunmuş məhkəmə aktlarından iddianın predmetinin Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 39 saylı binanın, 27 saylı mənzilinin satılması olduğu müəyyənləşdirilmişdir. Məhkəmə göstərilən nöqsanların aradan qaldırılması üçün dəfələrlə məhkəmə iclasını təxirə salsa da iddiaçı ərizədə iddianın predmeti və qiyməti, tələbi, öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatları göstərməməklə, iddiasını dəqiqləşdirməmişdir. Həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi də bu müddət ərzində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzil satılaraq payının verilməsi tələbinə dair ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildiyindən və iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilin satılaraq payının verilməsi tələbinə dair iddiası Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildiyindən və iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1806/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1806/2025
06.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver