Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-181/2021 17.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı QSC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüquqları itirilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüquqları itirilməsi və mənzilin boşaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-841/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, X3 və X4 müştərək qaydada 15R000005264 saylı kredit razılaşması üzrə 52196.35 ABŞ dolları məbləğində borcun, 15R000005940 saylı kredit razılaşması üzrə 29304.31 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Mingəçevir şəhər Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzil İddiaçı QSC -nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il qeydiyyat tarixli Çıxarış alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq mənzili boşaltması və banka təhvil verilməsi xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldaraq banka təhvil verməmişlər. Hazırda cavabdehlər Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzildə qeydiyyatadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları İddiaçı QSC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzildə qeydiyyatda olmaları və orada yaşamaları qeyri-qanunidir. İddianın təmin olunmasını, cavabdehlərin iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzilinə istifadə hüquqların itirilməsi və mənzili boşadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-708/2017 №li qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3, X3 və X4 müştərək qaydada xx.xx.2014-cü il tarixli 15R000005264 saylı kredit müqaviləsi üzrə 41139,23 (qırx bir min bir yüz otuz doqquz dollar iyirmi üç sent) ABŞ dolları əsas kredit borcu, 9507,12 (doqquz min beş yüz yeddi dollar on iki sent) ABŞ dolları faiz üzrə borc, 1550 (bir min beş yüz əlli) ABŞ dolları cərimə borcu, cəmi 52196,35 (əlli iki min bir yüz doxsan altı dollar otuz beş sent) ABŞ dolları kredit borcu, xx.xx.2014-cü il tarixli 15L000002748 saylı kredit müqaviləsi üzrə 22955,32 (iyirmi iki min doqquz yüz əlli beş dollar otuz iki sent) ABŞ dolları əsas kredit borcu, 5368,99 (beş min üç yüz altmış səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları faiz üzrə borc, 980 (doqquz yüz səksən) ABŞ dolları cərimə borcu, cəmi 29304,31 (iyirmi doqquz min üç yüz dörd dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 (iyirmi) manat, 42 (qırx iki) manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə verilməsi, pulun tutulması ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi, cavabdeh X5 məxsus, ipoteka predmeti olan, satış qiyməti 100000 (bir yüz min) manat dəyərində qiymətləndirilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №li evin 17 № li mənzili, X2 məxsus, ipoteka predmeti olan, satış qiyməti 50000 (əlli min) manat dəyərində qiymətləndirilmiş Mingəçevir şəhəri Ərəş küçəsi 2 № li evin 22 № li mənzili açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən xx.xx.2014-cü il tarixli 15R000005264 saylı kredit müqaviləsi üzrə 41139,23 (qırx bir min bir yüz otuz doqquz dollar iyirmi üç sent) ABŞ dolları əsas kredit borcu, 9507,12 (doqquz min beş yüz yeddi dollar on iki sent) ABŞ dolları faizi üzrə borc, 1550 (bir min beş yüz əlli) ABŞ dolları cərimə borcu, cəmi 52196,35 (əlli iki min bir yüz doxsan altı dollar otuz beş sent) ABŞ dolları kredit borcu, xx.xx.2014-cü il tarixli 15L000002748 saylı kredit hesabı üzrə əsasən isə 22955,32 (iyirmi iki min doqquz yüz əlli beş dollar otuz iki sent) ABŞ dolları əsas kredit borcu, 5368,99 (beş min üç yüz altmış səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları faizi üzrə borc, 980 (doqquz yüz səksən) ABŞ dolları cərimə borcu, cəmi 29304,31 (iyirmi dooquz min üç yüz dörd dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat və xidmət haqqı olaraq ödənilmiş 42 (qırx iki) manat tutularaq İddiaçı QSC-yə verilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X3 və X6 həmin mənzillərdən çıxarılsınlar. Borcun ödənilməsindən sonra mənzillərin açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılması qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-841/2018 №li xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-708/2017 №li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhər Ərəş küçəsi 2 №li evin, 22 №li mənzili xx.xx.2018-ci ildən İddiaçı QSC-nin mülkiyyətindədir. İşə əlavə olunmuş ******* № li xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Ərəş küçəsi 2 №li ev, 22 №li mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhəkəmə iclasında müəyyən edildi ki, Cavabdeh3 İddiaçı QSC-dən aldığı kreditin ödənilməsinin təminatı olaraq X1 mülkiyyətində olmuş Mingəçevir şəhəri Ərəş küçəsində 2 №li evin 22 №li mənzil ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmış, lakin hərracda satılmadığına görə ipoteka predmeti olan mənzil “ İddiaçı” QSC-yə təklif edilmişdir. İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış və mülkiyyət hüququ əldə edilmişdir. Lakin cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar və mənzili boşaltmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1. maddısinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə qəlir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, cavabdehlərin Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 №li mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli və mənzil boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən 2 №li evin 22 mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin və mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-181/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-181/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver