Məhkəmə qərarları › İş №2(051)-1810/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1810/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1810/2020 21.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı “bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, m üə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi mülki mühakimə icraatının başlanması üçün mühüm prosessual sənəd olduğuna görə onun forma və məzmunu qanunvericiliklə dəqiq müəyyən olunmuşdur. İddia ərizəsinin forma və məzmunu, irəli sürülən tələbə baxılmasıüçün zəruri olan məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Lakin iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını ərizənin tərkib hissəsi kimi müəyyən etmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2, 152.4, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı «bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinəşikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev ünvan 1 ünvanda yaşayan İddiaçı qızına «Uşaqlarla ünsiyyət hüququ vaxtının azaldılması» tələbinə dair iddia ərizəniz və ona əlavə olunmuş sənədlər Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən sizə qaytarılır. Qoşma: qərardadın surəti, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər - cəmi “ ”vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev. ünvan 1 ünvanda yaşayan İddiaçı qızına «Uşaqlarla ünsiyyət hüququ vaxtının azaldılması» tələbinə dair iddia ərizəniz və ona əlavə olunmuş sənədlər Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən sizə qaytarılır. Qoşma: qərardadın surəti, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər - cəmi “ ”vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar