Məhkəmə qərarları › İş №2(051)-1820/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1820/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1820/2024 30.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi nikahın qeyd edilməsi faktının müəyyən edilməsi və nikah akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi nikahın qeyd edilməsi faktının müəyyən edilməsi və nikah akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məkəməsinə müraciət etmişlər. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, X7 ilə 16 dekabr 1976-cı ildə Mardakert rayon Çildıran sovetliyində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 04 noyabr 1990-cı il tarixdə Kazım adında oğlu anadan olmuşdur. X3 31 dekabr 2018-ci ildə ölmüşdür. Hal hazırda ona nikah şəhadətnaməsi lazım olmuş lakin məlum hadisələrlə əlaqədar köçkün düşərək Mingəçevir şəhərində məskunlaşmış və hal-hazırda Mingəçevir şəhərində yaşayır. Ona lazım olan nikah haqqında şəhadətnamə isə yaşadığı rayonun arxivində qalmışdır. Bu səbəbdən tələb olunan sənədi təqdim edə bilmir. Nikah qeydi barədə məlumatları əldə etmək, hansısa bir hüquqi sənədi lazımi orqanlara təqdim edə bilmir. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Müvafiq icra hakimiyyəti orqanı olan Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etdi və ona aidiyyatı üzrə məhkəməyə müraciət etməyi barədə arayış verildi. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs nümayəndəsi X8 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi 1976-cı il tarixdə Ağdərə rayonunda qeydə alınmış nikah haqqında akt qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndim əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Həmin Müddəanın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Müddəanın 16-cı bəndinə əsasən, nikahın bağlanması haqqında aktların itirilmiş qeydləri yalniz müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Nikah haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cı maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçiin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası Ərizəçi, anası X7 olmaqla, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, nikah qeydinin bərpası üçün müvafiq sənədlər təqdim edilmədiyindən nikah qeydini bərpa etmək mümkün deyildir. İşdə olan xx.xx.2019-cu il tarixli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan məhrum X6 məxsus Sovet Sosialist Respublikaları X2 əslindən görünür ki, X1 Ələmdar Həsən oğlu ilə 16 dekabr 1976-cı ildə Mardakert rayon Çildıran sovetliyində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi ilə X7 16 dekabr 1976-cı ildə Mardakert rayon Çildıran sovetliyində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 04 noyabr 1990-cı il tarixdə Kazım adında oğlu doğulmuşdur. Ərizəçi köçkün düşərkən onlara məxsus nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə nikahın qeyd edilmə faktını müəyyən edir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdırdıqdan sonra qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmaması barədə sənədi mövcud olduqda məhkəmə nikahın qeydə alınma faktının müəyyən edilməsi barədə ərizəyə baxa bilər. Belə ki, qanunvericilik həmin faktın qeyd edilməsinə hər hansı məhdudiyyət qoymadığı üçün məhkəmə ər–arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz. Eləcə də, məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçiin məhkəməyə müraciət etməsinə nikah qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, nikah faktının müəyyən edilməsi ərizəçiyə nikah qeydini bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ilə X7 arasında 16 dekabr 1976-cı ildə Mardakert rayon Çildıran sovetliyində bağlanmış rəsmi nikahın qeyd edilməsi faktı müəyyən edilməli və nikah haqqında şəhadətnamə bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 307, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında 16 dekabr 1976-cı ildə Mardakert rayon Çildıran sovetliyində bağlanmış rəsmi nikahın qeyd edilməsi faktı müəyyən edilsin və ərizəçiyə məxsus nikah haqqında şəhadətnamə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar