Məhkəmə qərarları › İş №2(051)-1830/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1830/2022

07.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1830/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, X4 Ərizəçi bibisi olmuşdur. Afət Cəbrayılova vəfatından əvvəl özünə məxsus DƏDRX tərəfindən verilmiş MH ******* saylı çıxarış ilə olan Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində mülkiyyətində olan 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evini Ərizəçi vəsiyyət etmişdir. Sözügedən mənzilin yerləşdiyi küçə əvvəl M.Ə.Rəsulzadə küçəsi adlansa da hazırda H.Əliyev prospekti adlanır. Ərizəçinin bibisi Afət Cəbrayılovanın qanun üzrə vərəsələri yoxdur, hazırda yeganə vərəsə Ərizəçidur. Ərizəçidən başqa vərəsəliyi qəbul edən yoxdur. Ərizəçiyə mərhum X4 tərəfindən xx.xx.2011 -ci il tarixdə vəsiyyətnamə verilmişdir. Sözügedən əmlak yalnız Ərizəçi tərəfimdən qəbul olunmuş və onun tərəfimdən idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ərizəçiyə Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Ərizəçinin Afət Cəbrayılovadan qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanım yoxdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, mərhum X2 miras qalmış Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində yerləşən 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi miras əmlak kimi yalnız Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Afət Cəbrayılova onun bacısıdır. Bacısı ailə qurmamışdır. Afətin mülkiyyətində olmuş Mingəçevir şəhəri, M.Bəkirov küçəsində yerləşən 12 №-li evin alınmasında bacısına qardaşı Millət kömək etmişdir. Bacısı da 2011-ci ildə evi qardaşının oğlu Adilə vəsiyyət etmişdr. Vəsiyyətnamə ilə bağlı bacı və qardaşlar etiraz etməmişlər. Miras, həqiqətən də, yalnız Ərizəçi tərəfindən qəbul edilmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Afət Cəbrayılovanı və qohumlarını yaxından tanıyır, yaxşı münasibətləri var. Afət Cəbrayılova mülkiyyətində olan Mingəçevir şəhəri, M.Bəkirov küçəsində yerləşən 12 №-li evi qardaşı oğlu Ərizəçi Mllət oğluna vəsiyyət etmişdir. Vəsiyyətnamə tərtib edilən zaman o da şahid kimi iştirak etmişdir. Afət Cəbrayılova anlaqlı idi, vəsiyyətnaməni öz istəyi ilə verirdi. Ərizəçinın ölümündən sonra da miras əmlak yalnız Ərizəçi tərəfindən qəbul edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li MH seriyalı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Mehman Bəkirov küçəsində mülkiyyətində olan 0.0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 15 noyabr 2011-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqlənumiş surətindən görünür ki, X4 ölən günə ona məxsus olan Mingəçevir şəhəri M.Bəkirov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evini RF, Moskva şəhəri, P.Osepenko küçəsi ev 16, mənzil 25-də qeydiyyata olan Ərizəçi vəsiyyət etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 dekabr 2021-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 24 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 05 avqust 2022-ci il tarixli 05/Q-370/15 №-li arayışdan görünür ki, X4 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 05 avqust 2022-ci ilədək yoxlama aparılmış mərhum haqqında hər hansı məlumat aşkar olunmadı. İşə əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 05 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi miras qoyan X3 qardaşı oğludur. Ərizəçi mülkiyyətində olan evə dair ərizəçiyə vəsiyyətnamə vermişdir. Miras qoyanın qanuni vərəsələri olması müəyyən edilmədi və Ərizəçidan qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. X2 miras qalmış Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində yerləşən 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, A.X1 miras qalmış Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində yerləşən 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə yalnız Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X2 miras qalmış Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 №-li fərdi yaşayış evinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsində 0,0511 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.2 kv.m yaşayış, 22.8 kv.m köməkçi sahədən ibarət 12 №-li fərdi yaşayış evi yalnız vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar