Məhkəmə qərarları › İş №2(051)-1839/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1839/2021

17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1839/2021 17.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi və miras əmlaka dair digər varis nəzərə alınmadan bütöv şəkildə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi və miras əmlaka dair digər varis nəzərə alınmadan bütöv şəkildə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin giriş hissəsində “iddiaçı”ya dair məlumatlar göstərilsə də və ərizə iddia icraatı qaydasında verilsə də, ərizədə iddia icraatı qaydasında nəzərdə tutulmayan “maraqlı şəxs” işə cəlb olunmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-in tələbinə əsasən iddia icraatı qaydasında işlərdə “maraqlı şəxs” deyil, “üçüncü şəxs” işə cəlb oluna bilər. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Məhkəmə, həmçinin qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məhkəmənin deyil, notariusun səlahiyyətinə aiddir. Azərbaycan Respublikasında notarius hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 2-ci bəndinə əsasən notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Prosessual qanunvericilikdə ərizənin forma və məzmununa dair tələblərə əməl edilməsinin ərizəçinin vəzifəsi olduğu nəzərə alınarsa, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana görə ərizə geri qaytarılmalı və ərizəçiyə həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquq izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi və miras əmlaka dair digər varis nəzərə alınmadan bütöv şəkildə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar