Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1839/2023 26.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 miras qalmış X3 Şəhadətnaməsinə əsasən **-MB-*** i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum X10 ilə 12 noyabr 1981-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X8, xx.xx.1983-cü il təvəllüdlü X12 .oğlu adlı iki nəfər uşaqları doğulmuşdur. 39 ildən artıq bir müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə X3 Şəhadətnaməsinə əsasən **-MB-*** i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobili əldə etmişlər. X6 16 mart 2020-ci il tarixdə “Kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər embolivası” xəstəliyindən vəfat etdi. Mərhum ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri ərinin mülkiyyətində olan X3 Şəhadətnaməsinə əsasən 10-MB-İ44 i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobil qaldı. Hazırda həmin avtomobil onun yaşadığı həyətdədir, faktiki onun sahibliyində və istifadəsindədir Mirasın qəbul edilməsi vaxtını ötürmüşdür. Hər iki övladı avtomoblin onun adına rəsmiləşməsinə etiraz etmirlər. Hər iki uşaqları miras payından imtina barədə ərizə verirlər. Baxmayaraq ki, qanun üzrə birinci növbəli digər vərəsələrin avtomobilin onun mülkiyyətinə keçməsinə erirazları yoxdur, mirası qəbul edilməsi vaxıtını ötürdüyü üçün Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən imtina verildi və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür və ölüm haqqında 52 saylı akt qeydi tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1959-cu il tarixdə Ağdaş rayonu Pirkəkə kəndində doğulmuş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü il tarixədək aparılmış və xx.xx.1960-cı il tarixdə doğulmuş arvadı-Ərizəçi, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu-X9, xx.xx.1983-cü il tarixdə doğulmuş qızı-X8 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan nikahın bağlanması haqqında arrayışdan görünür ki, X10 ilə X2 arasında xx.xx.1981-ci il tarixdə bağlanmış nikah 542 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. İşdə olan X3 Şəhadətnaməsindən görünür ki, **-MB-*** i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobil mərhum X7 mülkiyyətindədir. İşdə olan maraqlı şəxslər X9 və Abbasova (Namazova) Leyla Rahim qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar X1 miras qalmış əmlakların ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, iddiaçı mərhum X10 ilə xx.xx.1981-ci il tarixdə bağlanmış nikah, onların birgə nikahlarından Birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X8, xx.xx.1983-cü il təvəllüdlü X12 .oğlu adlı iki nəfər uşaqları doğulmuşdur. Birgə nikah dövründə X3 Şəhadətnaməsinə əsasən **-MB-*** i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobili əldə etmişlər. X6 16 mart 2020-ci il tarixdə “Kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər embolivası” xəstəliyindən vəfat etmişdir. Mərhum ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri ərinin mülkiyyətində olan X3 Şəhadətnaməsinə əsasən 10-MB-İ44 i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobil miras qalmışdır. Ərizəçi həmin əmlakları miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış 10-MB-İ44 i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobil Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış 10-MB-İ44 i/O Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 2003-cu il istehsal tarixli avtomobilin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1839/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1839/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver