Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1845/2021 17.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzinin Notarius ofisinə qarşı miras əmlakın faktiki qəbul edilməsi və bölünməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və Məmmədova X2 şəhər Regional Asan Xidmət mərkəzinin Notarius ofisinə qarşı miras əmlakın faktiki qəbul edilməsi və bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı1 mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın ¾ hissəsində onun, ¼ hissəsində isə digər cavabdeh (qızı) İddiaçı2 paylarının müəyyən edilməklə miras əmlakın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələblə əlaqədar mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul edilməsi və bölünməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah edilsin ki, miras əmlakın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququna malikdirlər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1845/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1845/2021
17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver