Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-185/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmin qızının katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X1 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı əmək mübahisələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoruna qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin xx xxxxxxxx 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Həmin vaxt onunla əmək müqaviləsi bağlanmışdır. Mingəçevir şəhər 1 saylı məktəbin xx xxxx 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən xx xxxx 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. xx xxxx 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 5 saat dərs vermiş və bildirilmişdir ki, işəbərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü- 18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə əmək haqqını vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablamır. Cavabdeh onun diaqnostik qiymətləndirilməyə göndərilməyini təmin etmədiyindən yeni tarif cədvəlinə uyğun əmək haqqı ala bilmir. Buna görə də, onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbi onun səlahiyyətlərinə aid deyil. Diaqnostik qiymətləndirmədən keçmədən sözügedən dərs yükünün verilməsi mümkün deyil. İddiaçı isə diaqnostik qiymətləndirilmədən keçməmişdir. Lakin onun səlahiyyətləri daxilində mümkün qədər dərs yükünün artırılmasına çalışa bilər. Dərs saatlarının iddiaçının göstərdiyi formada verilməsi hazırda mümkün deyil. Çünki dərs saatları həmin ixtisasdan olan müəllimlər arasında bölünmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsasaız olduğundan rədd edilməlidir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə iddiaçı Mingəçevir şəhəri 1 saylı orta məktəbin riyaziyyat və informatika müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli 750/b saylı əmr etibarsız hesab edilməklə ləğv edilməsi, İddiaçı işə bərpa edilmiş, İddiaçı xx xxxx 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 №li Sərəncamına, xx xxxxxx 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar xx xxxxxxxx 2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan xx xxxx 2017-ci il tarixli, 750/b №li əmri ilə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhər 1 №li tam orta məktəbin riyaziyyat-informatika müəllimi vəzifəsinə bərpa olunmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil məhkəmə vasitəsi ilə daxil olmuşdur. Belə olan halda sözügedən qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçının diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil müvafiq icra hakimiyyəti aparmalıdır. Ona görə də iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçı tələbini “təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli qərarı ilə əsaslandırsa da sözügedən qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təstiq edilmiş «Qaydalar»da diaqnostik qiymətləndirilməsi aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır. Məhkəmə iclasında bütün sübutlar müqayisəli şəkildə təhlil edilərkən iddiaçının öz tələbini təstiq edən heç bir sübut təqdim etməməsi müəyyən olunmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda buna riayət etməmiş, əksinə təqdim etdiyi sübutlar mötəbər sübut kimi qəbul edilməyərək məhkəmə iclasında öz təstiqini tapmamışdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı əmək mübahisələri tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-185/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-185/2021
04.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver