Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-186/2022 03.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və X12 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X21 Qafar qızının adına açılmış və ondan miras qalmış KB5 046754 və KB5 046763 saylı əmanət kitabçalarının (əmanətlərin) onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində Cavabdeh2 göstərilməli olduğu halda, səhvən X14 göstərilmişdir. Odur ki, cavabdehin Cavabdeh2 olmasını və onun yaşayış yerinin Goranboy rayonu, Meşəli kəndi olmasını nəzərə almağını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin mərhum X4 20.09.1956cı ildə doğulmuşdur. X4 26 mart 1998-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 29 saylı akt qeyd etdirməklə X19 adlı şəxslə rəsmi nikaha daxil olmuşdurlar. Onların birgə nikahlarından uşaqları doğulmamışdır. X9 əri X19 13 dekabr 2008-ci ildə vəfat etmiş, bununla bağlı Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 20 dekabr 2008-ci tarixli 601 saylı akt tərtib olunmuşdur. İddiaçının atası X10 02 aprel 1974-cü ildə vəfat etmiş, bununla bağlı Kəlbəcər rayonu Zar icra nümayəndəliyində 06 aprel 1974-cü tarixli 05 saylı akt tərtib olunmuşdur. X3 24.12.2007-ci ildə vəfat etmiş, bununla bağlı Kəlbəcər rayonunda 25.12.2007-ci tarixli 270 saylı akt tərtib olunmuşdur. Təmsil etdiyi şəxsin X4 isə 24 may 2019-cu il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, bununla bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 29 iyul 2019-cu tarixli 391 saylı akt qeydi tərtib olunmuşdur. Mərhum X4 sağ ikən, 2014-cü ildən başlayaraq müxtəlif vaxtlarda X26 Səhmdar Cəmiyyətində adına əmanət kitabçaları açdırmaqla pul əmanətləri qoymuşdur. Əmanətləri banka yerləşdirən zaman mərhum bacısının əri vəfat etmişdir. Mərhum X4nın adına olan KB5 046754 saylı və KB5 046763 saylı əmanət kitabçaları ondan miras qalmışdır. Bundan başqa heç bir əmlakı yoxdur. Təmsil etdiyi şəxs X9 vəfatından sonra ona yas mərasimi vermiş, baş daşı qoydurmuşdur. Mərhum X4ndan miras qalmış əmanat kitabçaları hazırda təmsil etdiyi şəxsdədir. Hər iki əmanət kitabçasında xeyli miqdarda pul vəsaiti vardır. X8 qalan əmanət kitabçaları miras açıldığı vaxtdan təmsil etdiyi şəxs tərəfindən faktiki qəbul edilmişdir. Pulu əmanət kitabçasından götürmək istəyən zaman təmsil etdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasının zəruriliyi bildirmişdir. Lakin təmsil etdiyi şəxs tərəfindən müddət ötürülmüşdür. Onun mərhum bacısının birinci növbəli vərəsələri yoxdur. X9 adına açılmış əmanət kitabçaları hazırda faktiki olaraq təmsil etdiyi şəxsin sahibliyindədir. Təmsil etdiyi şəxs Notariat Kontoruna müraciət etmiş və ona Mingəçevir Regional “Asan Mərkəzinin xüsusi notariat ofisinin xüsusi notariusu 31.08.2021 -ci il tarixdə 1605 saylı məktubla imtina vermiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Təmsil etdiyi şəxsin qardaşı, iş üzrə cavabdeh Cavabdeh2 mərhum bacıları Şölə Hüseynovadan qalmış əmanət kitabçalarının təmsil etdiyi şəxsdə olmasını bilir və mərhum bacılarından qalmış mirasdan onun xeyrinə imtina etməsi və yaxud mirası qəbul etmə niyyətinin olması ilə bağlı hər hansı fikir bildirməmişdir. Təmsil etdiyi şəxs qardaşı Əliyə mərhum bacılarından qalan əmanət kitabçaları ilə bağlı onun xeyrinə imtina etməsi barədə notariat kontoruna gedib ərizə verməsini təklif etmiş, lakin hansı səbəbdənsə Cavabdeh2 fikir bildirməyərək susmuşdur. Halbuki, Cavabdeh2 X5ndan qalmış mirası qəbul etmək niyyəti olmamışdır. Belə ki, X1 həmin əmanət kitabçalarının olması ilə bağlı təmsil etdiyi şəxsə məlumat vermiş və başına hər hansı bir iş gəldiyi halda onlara sahiblik etməyi təmsil etdiyi şəxsə həvalə etmişdir. Ona görə də X15 vəfat etdikdən sonra əmanət kitabçaları təmsil etdiyi şəxsdə olmuşdur. Hesab edir ki, cavabdehin mirası qəbul etmək niyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 31.08.2021-cı il tarixli, 1605 saylı cavab məktubundan görünür ki, 24.05.2019-cu il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış, mirasın qəbulu faktının təsdiq edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli 05/Q-472/15 saylı məktubdan görünür ki, X2 adına Mingəçevir “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 29.07.2019-cu il tarixli, 391 saylı ölüm haqqında akt qeydi tərtib edilmiş və ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Kəlbəcər, Zar kəndi” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 16.07.2021-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı, əri X19 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan 15.01.2021-ci il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 20.09.1956-ci il tarixdə X13 ilə X18 qızının birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı 16.01.1947-ci il tarixdə, Cavabdeh2 isə 10.03.1954-cü il tarixdə X13 ilə X18 qızının birgə nikahından doğulmuşdurlar. İş materiallarında olan 14.03.2020-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 02.04.1974-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X11 24.12.2007-ci il tarixdə, X15 isə 24.05.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 ilə X9 nikahları 26.03.1998-cı il tarixdə Mingəçevir şəhərində bağlanmış və 29 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 13.12.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan KB5 046763 nömrəli əmanət kitabçasından görünür ki, Kapital Bank ASC tərəfindən X9 2kSm761 nömrəli hesabına 2412.2014-cü il tarixdə 12.500 manat, 15.12.2015-ci il tarixdə 3.000 manat, 2016-cı ildə 3369 manat, 28.12.2016-cı il tarixdə 3252 manat, 28.12.2016-cı il tarixdə 6150 manat, cəmi 21.650 manat məbləğində pul vəsaitini qəbul edilmişdir. İşdə olan KB5 046754 nömrəli əmanət kitabçalarının surətlərindan görünür ki, Kapital Bank ASC tərəfindən X9 3KSM nömrəli hesabına 17.11.2014-cü il tarixdə 13140 manat və 8100 manat, cəmi 21240 manat məbləğində pul vəsaiti qəbul edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, X5 20.09.1956-ci il tarixdə X13 ilə X18 qızının birgə nikahından doğulmuşdur. X15 26.03.1998-cı il tarixdə X19 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından uşaqları doğulmamışdır. X1524.05.2019-cu il tarixdə vəfat etmiş və ondan Kapital Bank ASC tərəfindən verilmiş KB5 046754 və KB5 046763 saylı əmanət kitabçaları miras qalmışdır. X2 atası X10 02.04.1974-ci il tarixdə, X3 24.12.2007-ci il tarixdə, əri X19 13.12.2008-ci il tarixdə vəfat etmişdir. X2 qanun üzrə birinci növbə vərəsələri qalmadığı üçün iddiaçı və Cavabdeh2 onun ikinci növbəli qanun üzrə vərəsələridir. X5 tərəfindən vəsiyyətnamə verilməmişdir. Ona görə də onun ölümündən sonra onun yalnız ikinci növbəli qanun üzrə vərəsələrinin dairəsinə doğma qardaşları olan, İddiaçı və Cavabdeh2 daxildir. Cavabdeh2 isə mirası nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yerin notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. Lakin qanun üzrə ikinci növbəli vərəsə olan iddiaçı isə əmanət kitabçalarına sahiblik etməklə mirası faktiki qəbul etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mübahisənin qanuni həll edilməsi üçün ilk növbədə vərəsələr tərəfindən mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl edilib-ediləməsi müəyyən olunmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici qüvvədə olan AR Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum Şölə Hüseynova 24.05.2019-cu il tarixdə vəfat etdiyindən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Məhkəmə, mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq hesab edir ki, X5ndan Kapital Bank ASC tərəfindən verilmiş KB5 046754 və KB5 046763 saylı əmanət kitabçalarında olan pul vəsaitləri miras qalmışdır. Məhkəmə, həmçinin mübahisənin qanuni və düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, X5ndan qalmış mirası, onun qanun üzrə ikinci növbəli vərəsəsi olan iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni miras açılan gündən, miras əmlaka, yəni KB5 046754 və KB5 046763 saylı əmanət kitabçalarına faktiki sahiblik etmişdir. Bununla da iddiaçı mirası faktiki qəbul etmişdir. Lakin qanun üzrə ikinci növbəli digər vərəsə olan Cavabdeh2 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Belə olan halda məhkəmə, cavabdeh Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməməsini nəzərə alaraq qənaətə gəlir ki, Cavabdeh2 mirasın açıldığını bilməsinə baxmayaraq, qanun üzrə ikinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, Cavabdeh2 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmiş, habelə dəfələrlə rəsmi qaydada çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməyərək susmuşdur. Bu da onu deməyə əsas verir ki, Cavabdeh2 mirası qəbul etmək niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə, hesab edir ki, vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Cavabdeh2 mirası vaxtında qəbul etmədiyi üçün o, X5ndan qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla yanaşı, məhkəmə Cavabdeh2 X5ndan qalmış mirası faktiki qəbul etməməsi qənaətinə gələrkən, eyni zamanda qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməsini nəzərə almışdır. Belə ki, AR MM-nin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan iddiaçı tərəfindən qəbul edildiyindən, iddiaçı mərhum Hüseynova Şölə Qafar qızının qanun üzrə ikinci növbəli vərəsəsi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə qənatə gəlir ki, Cavabdeh2 nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna görə mərhum Hüseynova Şölə Qafar qızından miras qalmış əmlakdan ona çatası miras payı mirası qəbul etmiş digər qanun üzrə vərəsənin payına əlavə edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh2 qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiyinə və susduğuna, o cümlədən mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirmədiyinə görə mərhum Hüseynova Şölə Qafar qızından qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı mərhum Hüseynova Şölə Qafar qızından miras qalmış əmlaka vərəsə tanınmalı, həmçinin mirasın yalnız onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ: İddia təmin edilsin. Kapital Bank ASC tərəfindən verilmiş, mərhum Hüseynova Şölə Qafar qızının adına olan KB5 046754 nömrəli əmanət kitabçasının 3KSM-752 nömrəli hesabında və KB5 046763 nömrəli əmanət kitabçasının 2 KSM-761 nömrəli hesabında mərhum Hüseynova Şölə Qafar qızından miras qalmış pul vəsaitlərinin yalnız İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-186/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-186/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver