Məhkəmə qərarları › İş №2(051)-1863/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1863/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1863/2021 25.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia qaldıraraq, onun Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 56 saylı evin 14 saylı mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdehla 1986-cı ildə nikah münasibətinə girməklə ailə qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 1987-ci il tarixdə Xatuna, 1991-ci il tarixdə Mirvari adı qızları doğulmuşdur. Cavabdehla o, ailə qurub Ağstafa rayonu Muğanlı kəndinə gəlin köçsə də, onların yaşadığı mənzil Gürcüstan Respublikasının Rustavi şəhərində olmuşdur. 1989-cu ildə Gürcüstan Respublikasında olan evlərini bütün ailə üzvlərinin razılığı ilə Mingəçevir, şəhəri H.Əliyev küçəsi 56 saylı evin 14 saylı mənzili ilə dəyişdirmişdirlər. Bu zaman onların ailəsinə Rustavi şəhər DXS İcraiyyə Komitəsi tərəfindən 19 sentyabr 1989-cu ildə dəyişmə orderi verilmişdir. Həmin orderdə onun və qızı Xatunanın adı vardır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi isə dəyişmə barədə 18 avqust 1989-cu ildə 317 saylı qərar qəbul etmişdir. Onların arasındakı nikah 2014-cü ildə pozulmuşdur. Mənzilin özəlləşdirilməsi ilə əlaqədar Cavabdehla onun arasında mübahisə olmuşdur. Belə ki, onun keçmiş əri Cavabdeh ona və qızı X2 qarşı ünvan 1 ünvanında sənədləşdirilməsi, özəlləşdirilməsi ilə əlaqədar cavabdehlər tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(051)- 6383/2016 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Onlarla aramızdakı mübahisənin əsl səbəbi Cavabdeh onların sözügedən mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılıq verməməkləri ilə bağlı olmuş və onlar da mənzildəki payılarını özəlləşdirmək istədiklərini bildirdikdə mübahisələri yaranmışdır. Bununla əlaqədar Mingəçevir şəhər İcra Şöbəsində də mübahisələri olmuş, istəklərini bildirmişlər. Qızı Mirvari ruhi xəstə olması səbəbindən o, qızının qəyyumu təyin edilmiş və onun xəstəliyi ilə əlaqədar Cavabdeh aliment alınması qət olunmuşdur. Mənzildə o və qızı Mirvari yaşayırmışlar. Cavabdeh isə uzun müddətdir ki, həmin mənzili tərk etmişdir. Mingəçevir Şəhər Məhkəməsindən ona qarşı keçmiş qaynı X3 qaldırdığı iddia ərizəsi verildikdən sonra ona məlum olmuşdur ki, keçmiş qaynı mənzili qanunsuz yolla özəlləşdirmişdir. İddiası əsasında Şəki İnzibati-İqtisad Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(84)- 99/2019 saylı qərarı ilə X1 adına aparılmış 02.02.2018-ci il tarixli reyestr qeydiyyatı və onun əsasında verilmiş dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Bundan sonra Rafiq Allahmanovun ona qarşı mənzildən çıxarılma tələbi baxılmamış saxlanılmışdır. Hazırda hüquqları saxlanılan və əmlakları olan Mingəçevir şəhəri, H.Əliyev küçəsi 56 saylı evin 14 saylı mənzilinə köçmək istəsələr də, Cavabdeh mənzilin giriş qapısının açarlarını dəyişərək onları həmin mənzilə qoymur. Hesab edir ki, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüquqları vardır. Odur ki, məhkəmədən onun Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 56 saylı evin 14 saylı mənzilinə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli qaldırılmış iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 1986-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 qız övladı doğulmuşdur. Sözügedən mübahisəli mənzildə iddiaçının istifadə hüququnun olduğunu bilir və onun həmin mənzildə yaşamasına maneə yaratmamışdır. İddiaçı hazırda Bakı şəhərində yaşadığı üçün mübahisəli mənzildən istifadə etmir. Lakin iddiaçı həmin mənzildən yalnız təsadüfi hallarda istifadə edir. O, heç vaxt iddiaçının mənzildə yaşamasına və yaxud qalmasına mane olmamış, lakin iddiaçı mənzilin giriş qapısının açarını dəyişdiyindən o, mübahisəli mənzilə daxil ola bilməmişdir. Ona görə də o, iddiaçı tərəfindən quraşdırılmış yeni açarı dəyişərək köhnəsi ilə əvəz etmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə 25.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah 28.03.2014–cü il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Cavadova” soyadı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli **********21 saylı məktubdan görünür ki, ünvan 2 ünvanına dair hüquqların dövlət reyestrindən çıxarış ləğv edilərək Milli Qeydiyyat Sistemində bu barədə müvafiq qeydlər aparılmışdır. İşdə olan Rustavi şəhər Soveti İK tərəfindən X1 adına verilmiş 19.09.1989-cu il tarixli 631 saylı dəyişmə orderindən görünür ki, Mingəçevir şəhəri, Lenin prospekti, 56 saylı evin 14 saylı mənzilinə ailə üzvləri olan arvadı M.İsayeva, oğulları Cavanşir və Rafiq Allahmanovlar, gəlini Fitat Cavadova və nəvəsi Xatuna Allahmanova ilə birlikdə köçmək hüququnun olması göstərilmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-99/2019 saylı 16.07.2019-cu il tarixli qərarından görünür ki, X1 adına aparılmış 02.02.2018-ci il tarixli **********29-05101- 093012 saylı reyestr qeydiyyatının və onun əsasında verilmiş RX seriyalı ******* saylı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı cavabdehin izahatının və iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən olundu ki, iddiaçı cavabdehlə 1986-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 1987-ci il təvəllüdlü Xatuna və 1991-ci il təvəllüdlü Mirvari adlı uşaqları doğulmuşdur. İddiaçı evləndikdən sonra cavabdehlə Gürcüstan Respublikasının Rustavi şəhərində yerləşən mənzildə yaşamışdır. Həmin vaxt mülkiyyətçi iddiaçını ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. Rustavi şəhər Soveti İK tərəfindən X1 adına verilmiş 19.09.1989-cu il tarixli 631 saylı dəyişmə orderi ilə iddiaçıya ailə üzvü kimi Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 saylı evin 14 saylı mənzilinə köçmək hüququ verilmişdir. İddiaçı müəyyən vaxtlarda mübahisəli mənzildə yaşamışdır. Həmçinin mülki iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-99/2019 saylı 16.07.2019-cu il tarixli qanuni qüvvədə olan qərarı ilə iddiaçı mübahisəli mənzildən istifadə hüququ olan şəxs kimi tanınmış və mübahisəli mənzilin özəlləşdirilməsinə iştirakı məcburi hesab edilmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə iddiaçı 1986–cı ildə gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli mənzilə dair verilmiş 19.09.1989-cu il tarixli 631 saylı dəyişmə orderində mərhum Mirqasım Allahmanov iddiaçını mübahisəli evə köçürərək onu ailə üzvü kimi qəbul etmişdir. İddiaçı mübahisəli mənzildə fasiləsiz və etirazsız olaraq uzun müddət yaşamış, birgə təsrrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli mənzilin tərkib hissəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Ona görə də, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, mənzildən çıxması, onun yaşadığı mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan 2-1(84)-99/2019 saylı 16.07.2019-cu il tarixli qərarı ilə iddiaçı mübahisəli mənzildən istifadə hüququ olan şəxs kimi qiymətləndirilməklə mənzilin özəlləşdirilməsinə iştirakı məcburi hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 saylı evin 14 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 saylı evin 14 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar