Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1866/2025 20.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlu, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin mümkünlüyü haqqında məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin mümkünlüyü haqqında məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl İsmayıllı rayonu Qeydiyyat Şöbəsinə müraciət edib, nəticəsi barədə əldə etdiyi sənədi ərizəyə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi yuxarıda müəyyən edilən nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə təkrar müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.6-ci maddəsinə əsasən hakim, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə Ərizəçi geri qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə saat 11:07-də "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞ-yə ********** nömrəli qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1866/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1866/2025
20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver