Məhkəmə qərarları › İş №2(051)-187/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-187/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-187/2023 16.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qanuni nümayəndəsi X6 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qanuni nümayəndəsi X11 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 2002-ci ildə anadan olmuşdur. X2 xx.xx.2017-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mingəçevir şəhəri N.Nərimanov küçəsi 31 №-li evin 31 №-li mənzili anasından miras qalmışdır. Mənzilə anasının adına mülkiyyət hüququnu təstiq edən Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış vardır. Özü və bacısı Səbinə anası ilə birlikdə həmin mənzildə yaşayıblar. Anasının ölümündən sonra da həmin mənzildə yaşayırlar. Miras əmlak faktiki olaraq yalnız onlar tərəfimdən qəbul olunmuşdur. Lakin Notariat Kontoruna müraciət etdikdə onlara Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla mirasın qəbulu faktı ilə əlaqədar məhkəməyə müraciət etməyimizi tövsiyyə etdi. Anasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, Mərhum X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi yalnız onun və bacısı Səbinə tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarasını xahiş edir. Ərizəçi2 qanuni nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, Səma və Səbinə onun qızlardır, Rəna isə arvadı olmuşdur. Mingəçevir şəhəri N.Nərimanov küçəsi 31 №li evin 31 №-li mənzili arvadı Rəna Süleymanovanın mülkiyyətində olmuşdur. Həmin mənzildə Rəna və qızları yaşayırdılar. O. Rusiya Federasiyasında yaşayır və orada işləyir. Arvadının ölümündən sonra da miras qalmış mənzildə qızları Səbinə və Səma yaşamışlar və mirası faktiki olraq qəbul etmişlər. O və Rənanın anası X13 mirası ya faktiki olaraq, ya da notariata müraciət etməklə qəbul etməmişlər. Həmçinin, notarial qaydada ərizə verərək Rəna Sülüymanovadan qalmış mirası qəbul etmədikləini, mirasın qəbul etmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Mirası yalnız qızları Səbinə və Səma faktiki olaraq qəbul etmişlər. Əizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçilərlə 10 ilə yaxındır ki, qonşusudur. Ərizəçilərin anası Rəna vəfat etdikdən sonra ondan miras qalmış mənzildən qızları Səma və Səbinə istifadə edirlər. X1 məhkəmə iclasında ifadəsində göstərdi ki, ərizəçilərlə 7 ildən çoxdur ki, qonşudular. Ərizəçilərin anası Rənanın ölümündən sonra miras mənzildən Səma və Səbinə sahiblik edərək istifadə edirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 31 №-li evin 31 №-li mənzili tam mülkiyyət hüququ ilə X5 adına xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 dekabr 2017-ci ildə vəfat etmişdir. İşə əlavə ounmuş nikah haqqında şəhadətnaməin surətindən görünür ki, X10 ilə X9 arasında 14 avqust 1998-ci ildə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2006-cı il təvəllüdlü Ərizəçi2 atası X10, X2dır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi1 və Ərizəçi2 06 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 05 mart 2022-ci il tarixli 05/Q-154/15 №-li arayışdan görünür ki, X5 vərəsələri qızları Ərizəçi1 və X4r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X2ndan miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 31 №-li evin 31№-li mənzilinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 31 №-li evin 31№-li mənzilinə Ərizəçi1 və Ərizəçi2 sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Ona görə də ərizə təmin olunmalı, X3 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 31 №-li evin 31 №-li mənzilinə yalnız vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən sahiblik etməklə qəbul etmələri faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 31 №-li evin 31№-li mənzilini yalnız vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar