Məhkəmə qərarları › İş №2(051)-1875/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1875/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1875/2025 15.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş X8 Ərizəçi qohumu (bacısı) olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində X7 miras qalan əmlakla bağlı vərəsəlik hüququnun həyata keçirilməsi üçün X8 Ərizəçi qohumu (bacısı) olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 onun bacısıdır. Belə ki, Məmmədova X9 ilə X12 birgə evliliyindən doğulmuşdur. X29 anası X30 ilə rəsmi nikahda olmuşdur. Həmin nikahdan onların dörd övladı olmuşdur. Həmin dörd övladdan biri də odur. Digər bacıqardaşları ölmüşdür. Anası Mələk 1960-cı ildə vəfat etdikdən sonra atası Qarakişi Zülhəccə ilə faktiki ailə quraraq bir yerdə ailə kimi yaşamışlar. Həmin birgə ailə münasibətlərindən də X13 doğulmuşdur. Məmmədova İlhamə onunla, ailəsi ilə birlikdə yaşamışdır. Ölənə kimi qardaşı olaraq ona özü baxmışdır. xx.xx.2015-ci il tarixdə vəfat etdikdə onun yas mərasimi də, özü tərəfindən keçirilmişdir. X23 kənd qəbirstanlığında dəfn edilib. Onun ailəsi və övladları olmamışdır. Atası ilə İlhamənin anası Zülhəccə rəsmi nikahda olmadığından qohumluq faktını başqa qaydada müəyyən etmək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi iştirak etməmiş, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X26 izahat verərək, ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X31 öz izahatında göstərdi ki, Ərizəçi və ailəsi uzun illər onun qonşuları olmuşdur. Qarakişi ikinci dəfə ailə həyatı qurmuş və onun İlhamə adında qızı olmuşdur. Ərizəçi və İlhamə Məmmədova bir evdə yaşamışlar. Ağakişinin qardaşları vəfat etmişdir. İlhamə qardaşı Ağakişi ilə qalmış və ona Ağakişi baxmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X38 öz izahatında göstərdi ki, Ərizəçi qonşusudur. Ağakişi həmin evdə oğulları ilə yaşayır. X24 ögey bacısı olmuşdur. İlhamə də həmin evdə Ağakişi ilə birlikdə yaşamışdır. Ağakişi ilə İlhamənin soyadlarının fərqli olması səbəbi ona məlum olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Mənsur Fərruxov küçəsi, 30 Yeni qaydalarla: AZ4507, ünvan 1 ünvanında yerləşən 0.0962 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ **********13 reyestr nömrəsi ilə Ərizəçi, X35, X36, X27, X32 və X8 ümumi birgə payı olmaqla xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. AZ-İ 736220 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhərində ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 316 № ilə qeyd edilmişdir. Aktdan görünür ki, X13 xx.xx.2015-ci ildə Mingəçevir kəndə qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İ.Məmmədova öldüyü xx.xx.2015-ci il tarixədək subay olmuşdur. xx.xx.1975-ci il tarixli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, Ərizəçi ilə X28 arasında nikah bağlanmış, nikahın bağlanmasından sonra qadına Abışova soyadı verilmişdir. xx.xx.1987-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X19 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. 28 №li doğum haqqında akt qeydindən görünür ki, X33 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. 857 №li doğum haqqında akt qeydindən görünür ki, X13 xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. xx.xx.1961-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X11, anası X20r. xx.xx.1988-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 39 saylı evdə qızı 1966-cı il təvəllüdlü X13 ilə birlikdə yaşayır. xx.xx.1987-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. İşin müəyyən olunmuş halı: Ərizəçi əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması qohumluq faktının müəyyən edilməsi üçün müraciət etmişdir. X13 əmlak üzərində ümumi birgə mülkiyyətçilərdən biridir. Ərizəçi xx.xx.1946-cı ildə Mingəçevir şəhərində doğulmuşdur. Ərizəçi X11dur. Ərizəçi anası X20r. X19 1918-ci ildə doğulmuş,1987-ci ildə ölmüşdür. X13 1966-cı ildə doğulmuşdur. X8 anası X14r. 1988-ci ildə X22 Mingəçevir kəndində 39 saylı evində X34 adlı qızının qeydiyyatda olması barədə arayış verilmişdir. X13 xx.xx.2015-ci ildə ölmüşdür. Ərizəçi ilə X28 1975-ci ildə nikah bağlamışlar. X35 2019-cu ildə ölmüşdür. Elmira və İlhamə Zülhəccənin uşaqlarıdır. Elmiranın atası Mahmudov Şirindir. İlhamə Zülhəccə ilə Qarakişinin nikahından doğulmuşdur. Bununla belə İlhamənin doğum akt qeydində ata qrafasında atasının adı soyadı ata adı qeyd edilməmişdir. X13 ölənədək nikaha girməmiş, oğlu və qızı doğulmamışdır. Ölənədək qardaşı Ərizəçi ilə yaşamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən də göründüyü kimi Ərizəçi və X3 Qarakişi Abış oğlunun övladlarıdır. Lakin X2 Səmədovun Zülhəccə adlı qadın ilə qeyri-rəsmi nikahlarından doğulduğundan ərizəçi ilə qohumluq münasibətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Şahid ifadələri və təqdim edilmiş sənədlərlə X8 Ərizəçi qohumu (bacısı) olması müəyyən olunmuşdur. X13 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Göstərilən hallar X8 Ərizəçi qohumu (bacısı) olmasını təsdiq edir. Ona görə də ərizə təmin edilməli və X8 Ərizəçi qohumu (bacısı) olması faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş və xx.xx.2015-ci il tarixdə ölmüş X8 xx.xx.1946-cı ildə Mingəçevir şəhərində doğulmuş Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar