Məhkəmə qərarları › İş №2(051)-188/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-188/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-188/2025 13.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə Ərizəçi: Ərizəçi vəkili Nümayəndə, Maraqlı şəxs: Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X11 iştirakları ilə Ərizəçi (maraqlı şəxs: Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 xx.xx.1956-cı il tarixdə Ermənistan, Masis rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun doğma anasıdır. X18 xx.xx.1956-cı il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuşdur. Qeyd edir ki, anasının qızlıq soyadı Süleymanova olmuşdur. Anası xx.xx.1982-ci ildə atası X2 ilə nikaha girmiş və Bələmədova soyadını qəbul etmişdir. Onların birgə nikahından o və qardaşı Asif Bələmədov doğulmuşdur. Hazırda atası, anası və qardaşı dünyalarını dəyişmişlər. X1 məxsus doğum haqqında şəhadətnamə ona məlum olmayan səbəblərdən itmişdir. Bu barədə o, X20 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla ona anasının doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bununla bağlı bəzi sənədləşmə işlərində problemlər yaşayır. Belə ki, o, anasından ona miras qalmış mənzili öz adına özəlləşdirə bilmir, bunun üçün ondan anasının doğum haqqında şəhadətnaməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin anası X4 atası-X16, anası X13 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan, Masis rayonunda (indiki Zəngibasar rayonu) doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkili Nümayəndə məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X14 məhkəmə iclası zamanı bildirdi ki, ərizəçi tərəfindən anasının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasında doğulmasını təsdiq edən doğum haqqında şəhadətnamə təqdim edilmədiyindən doğum akt qeydinin bərpa edilməsi barədə rəy tərtib edilməsi mümkün olmamışdır. Odur ki, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə burağdığını bildirdi. Məhkəmə ərizəni, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 arasında arasında xx.xx.1982-ci il tarixdə rəsmi nikah bağlanmış və həmin nikah 13 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada- Bələmədova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Balamədov X6 şəhəri H.Əliyev prospekti ev 82/1, mənzil 10 ünvanında qeydiyyatdadır. AR ƏN Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 xx.xx.1956cı il tarixdə Ermənistan Respublikasında doğulmasını təsdiq edən doğum haqqında şəhadətnamə təqdim edilmədiyindən doğum akt qeydinin bərpa edilməsi barədə rəy tərtib edilməsi mümkün olmamışdır və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ərizəçinin anası X12 xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulmuşdur. Ərizəçinin X1 məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin anası Bələmədova (Süleymanova) Qaragöz Hüseyn qızının atası-X16, anası X13 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan, Masis rayonunda (indiki Zəngibasar rayonu) doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, anası Bələmədova (Süleymanova) Qaragöz Hüseyn qızının atası-X16, anası X13 olmaqla, xx.xx.1956-cı il tarixdə Ermənistan, Masis rayonu (indiki Zəngibasar rayonu), Dostluq kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar