Məhkəmə qərarları › İş №2(051)-1886/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1886/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1886/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçinın nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçinın «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum nənəsi X5 və atası X7 miras qalmış ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinın nümayəndəsi Vəkil məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X5 ərizəçinin nənəsi, mərhum X14 isə atasıdır. Ərizəçinin hazırda istifadəsində olan ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evi əvvəllər babası X4 miras qalmışdır. X3 11 noyabr 2007ci ildə vəfat etmişdir. Ərizəçinin babası vəfat etdikdən sonra ona məxsus torpaq sahşəsinə ½ hissədə nənəsinin ½ hissədə isə atasının payları müəyyən edilmişdir. Onlar mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin atası 16 aprel 2017-ci ildə, nənəsi isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Ərizəçinin atası və nənəsi vəfat etdikdən sonra həmin torpaq sahəsi ərizəçininq istifadəsindədir. Torpaq sahəsi və onun üz\ərində inşaa edilmiş ev ərizəçinin istifadəsində olduğu üçün nənəsi X2 qanun üzrə birinci nöbvbəli vərəsələri X8, X9 və X12 analarından qalan mirası notariat qaydada ərizə verərək onun xeyrinə imtina etmişlər. Ərizəçinin atasının qanun üzrə birinci nöbvbəli vərəsələri ərizəçinin anası X15, bacısı X18 və X19 notariat qaydada ərizə verərək onun xeyrinə imtina etmişlər. Həmin torpaq sahəsi və onun üzərindəki evlə böağlı hər hansı bir mübahisə yoxdur. Ona görə də ərizəçinin mərhum nənəsi X5 vəmərhum atası X7 miras qalmış ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin vəkilini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 28 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X11 11 noyabr 2007-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 yanvar 2021-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 aprel 2017-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evi xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə X2, ½ hissədə isə X10 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Fuad Mirabovun 28 mart 2023-cü il tarixli 621 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə əlavə olunmuş X8, X9 və X6 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, analarından miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Mülki işə əlavə olunmuş X18 və X19 qızının notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, atalarından miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X2 nəvəsi, mərhum X10 isə oğludur X5 və X14 vəfat etmiş və onların birinci növbə vərəsələri mirası qəbul etməkdən ərizəçinin xeyrinə imtina etmişlər. Ona görədə əçrizəçininr ərizə tələbi təmin olunmalı və X1 və X7 miras qalmış ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. X1 və X7 miras qalmış ünvan 1 ünvanının 0.06 ha torpaq sahəsində yerləşən 50,02 kv.m ibarət bağ evinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar